DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
23-09-2019, 19:00
10 313

DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."

Ali məktəblərə qəbulda ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.
Təhlildəki məlumatlara əsasən, V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür:
"Ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə etmişlər. Bu baxımdan gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır".
DİM bildirir ki, 1992-2018-ci illərdə ali təhsil müəssisələrinin qəbul planı 2.66 dəfə, abituriyent ərizələrinin sayı isə 2.06 dəfə artıb. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü.
DİM qeyd edir ki, özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2018-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub (2017-ci ildə bu göstərici 9.07% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu:
"On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil".

Oxşar xəbərlər

DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Abituriyent və subbakalavrların nəzərinə
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
DİM abituriyentlərə müraciət edib
Qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ AÇIQLAMA
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Qəbul imtahanları başlayıb
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Hərarəti yüksək olan 1 nəfər imtahana buraxılmadı
Üzərində telefon aşkarlanan 3 nəfər imtahandan xaric edildi
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
ATMU-də 2020-ci ilin abituriyentləri ilə görüş keçirildi
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
“Çaşdırıcı cavablar, çətin suallar”-qəbul imtahanları bitsə də, şikayətlər səngimir
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı