Ən uğursuz model olan TƏBİB-in əlində qalan səhiyyə sistemimiz... - Zorla deyil ki... ALINMIR!
23-12-2020, 10:30
121

Ən uğursuz model olan TƏBİB-in əlində qalan səhiyyə sistemimiz... - Zorla deyil ki... ALINMIR!

Koronavirus xeyli can alsa da, ölkəmizdə nəinki COVID-19-dan müalicə oluna, hətta test belə etdirə bilməyən xəstələr var. Bu barədə hər gün sosial platformada ciddi narazılığı əks etdirən məlumatlara rast gəlinir. Kimisi koronovirusa görə test olunmaq üçün sahə poliklinikasına etdiyi müraciətə günlərlə cavab verilməməsindən, kimisi də COVID-19 xəstəliyindən müalicə olunmaq üçün xəstəxanada yer olmadığından şikayətlənir.

Bu məsələ Milli Məclisdə də müzakirəyə çıxardılaraq deputatlar tərəfindən sərt tənqid olunub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dünyada 300-ə qədər test növü var. Test sahəsində monopoliyaya son qoyulmalıdır. Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər.

Deputat həmçinin koronovirusla mübarizəyə özəl klinikaların da qoşulmalı olduğunu söyləyib. Komitə sədri bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir:

"Hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni, imkanlı şəxslər özəl klinikalarda müalicə alsa digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər".
Milli Məclisin deputatı Əli Məsimli isə Azərbaycanda koronavirus testlərinin qiymətinin aşağı salınmalı olduğunu bildirib.

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, sahə poliklinikaları əksər hallarda test çubuqlarının olmamasını bəhanə edərək test götürməkdən imtina edir. Özündə koronavirus xəstəliyinin simptomlarını hiss edən xəstələr günlərlə sahə poliklinikalarından test olunmalarını gözləməli olurlar. Bu müddətdə onlarda temperatur, halsızlıq baş verir, xəstəxanalar isə koronovirus testinin nəticəsi olmadığından, həmin xəstələri qəbul etmirlər. Çarəsiz qalan xəstələr paytaxtdakı özəl laboratoriyalara üz tutmalı olurlar. Laboratoriyalarda isə test qiymətləri 100 manat civarındadır.

"İnci" laboratoriyasından Sputnik Azərbaycan-a bildiriblər ki, onlarda koronavirus testinin qiyməti 100 manatdır. Əgər laboratoriyadan gedib xəstənin evində test götürürlərsə, bu qiymətin üzərinə 30-50 manat da əlavə olunur. "Baku Klinik"-in laboratoriyasında da testin qiyməti 100 manatdır. Xəstədən yaxma evdə götürülürsə, bu qiymət 138 manat təşkil edir. Məsafəyə görə qiymət arta da bilər. N.Tusi klinikasında isə testin qiyməti 70 manatdır.

Laboratoriyalardan onu da bildiriblər ki, ekspress testlər TƏBİB tərəfindən qəbul edilmədiyindən, onlar polimeraz zəncir reaksiyası (PZR) testlərindən istifadə edirlər.

Bəs görəsən Azərbaycanda necə, ekspress testlərdən istifadə mümkündürmü?

Bununla bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir:

"Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib".

Bununla belə, TƏBİB ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağanın qoyulmadığını da qeyd edir.

"Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyyətində deyil", - TƏBİB bildirib.
Bu gün problem təkcə testlərin qiymətinin baha olması deyil. COVID-19 xəstəliyinin müayinəsi və müalicəsi üçün dövlət xəstəxanalarında yer tapmayan xəstələr özəl klinikalarda da fantastik qiymətlərlə qarşılaşırlar. Son günlər özəl klinikalarda KT müayinəsinin qiyməti 120 manatdan 150 manatadək bahalaşıb. Müalicə isə xəstənin durumu və xəstəxanadan asılı olaraq iki mindən beş min manatadək dəyişir.

Paytaxtda xəstəxanalarla əlaqə saxladıqda onu da öyrəndik ki, klinikaların mütləq əksəriyyəti koronovirus xəstələrini depozitsiz qəbul etmir. Xəstələrin yaxınlarından 1000-1600 manat depozit qoymaq tələb olunur. COVID-19 xəstələrinin müalicə qiyməti isə xəstənin vəziyyətindən asılı olaraq dəyişir.

Dövlət tibb müəssisələrindən isə test və xəstəxanada yer çatışmazlığı qəti inkar olunur.

Oxşar xəbərlər

Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ
Korona xəstələrinin adı niyə 14 gün sonra sistemdən çıxarılır?
Sərt karantin gəlir: Başqa yol qalmayıb
Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY
Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək
Azərbaycanda 336 nəfərdə koronavirus aşkarlandı, 5 nəfər öldü, 183 nəfər xəstə sağaldı
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
COVID-19 müalicə paketi 53 manata satılır? - RƏSMİ CAVAB
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu
TƏBİB-dən ittihamlara CAVAB
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
"Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki COVİD-19 var kimi düşünməliyik"
Deputatlar sabah koronavirus testindən keçəcəklər
Ramin Bayramlıdan etiraf: “Bəzi həkimlər özlərindən müalicə yazırlar”
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Bu şəxslərə 480 manat müavinət veriləcək
Test qiymətləri 30 manata qədər endirilməlidir... – Millət vəkili
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Tramp koronavirusu qısa müddətdə müəyyən edən test təqdim etdi
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
14 gün bitdikdən sonra koronavirus xəstəsi yenidən test verməlidirmi? - AÇIQLAMA
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb