“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanına əsasən, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri Komitə tərəfindən hər ay vaxtında və tam şəkildə “Azəriqaz” İB-nə ödənilir.
Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb.
Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.
Məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi ilə bağlı qeyd etmək istərdik ki, mövcud qanunvericilik əsasında, məcburi köçkünlərin istilik və isti su təchizatına görə hesablanan vəsait 2017-ci ilin sonuna qədər olan dövr üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada tam ödənilib. Hazırda 2018-ci ildən yaranmış borcların həmin qaydada ödənilməsi imkanları müzakirə edilir.
Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir.
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
23
dekabr
11:13

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Yeddi yaşayış məntəqəsində 800-ə yaxın evə qaz verildi
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Xaçmaz sakinləri soyuqdan donurlar... - GİLEY
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
Məcburi köçkün ailəsi çətin durumda... - dəfələrlə müraciət etsə də...
Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Məcburi köçkünlərin qayıdış prosesi necə təşkil olunacaq – Proqram hazırlanır
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Azərbaycanın bu rayonlarında qaz olmayacaq
Ağdamda ilk yardım təlimləri başladı
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Komitənin qarşısından ucalan qarğışlar
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü