Qalib Salahzadəyə qarşı ZƏRBƏ DRONU... - Şikayətçi Bayraktardan kömək istədi
23-12-2020, 11:41
95

Qalib Salahzadəyə qarşı ZƏRBƏ DRONU... - Şikayətçi Bayraktardan kömək istədi

Azərbaycan vətəndaşı Seymur Quliyev 9 il əvvəl qəsb olunan əmlakının ona qaytarılması üçün “Bayraktar” PUA-sının yaradıcısı Səlcuq Bayrakdara məktub yazaraq dəstək istəyib.

Seymur Quliyev “Yeni Müsavat”a deyib ki, məktubunda özəl əmlakının 2011-ci ildə, o dövrdə deputat olan Qalib Salahzadə tərəfindən ələ keçirildiyini yazıb:

“Hörmətli Səlcuq Bayraqdara yazıb bizim Qarabağ zəfərində onun kəşflərinin rolunun danılmaz olduğunu, ”Bayraktar" PUA-larına görə təşəkkürümü bildirdim. Həmin PUA-lar olmasaydı, Azərbaycan əsgəri sözsüz ki, qalib gələcəkdi, lakin PUA-ların varlığı, dəqiq zərbə xüsusiyyəti qələbəmizi az itki ilə bizə nəsib etdi. Həmin PUA-ların Azərbaycan torpaqlarının işğaldan azad edilməsində rolu böyük olub. Səlcuq bəyin diqqətinə çatdırdım ki, mənim Bakı şəhərinin bir addımlığılnda, Bilgəh qəsəbəsindəki 20 sot torpağım qəsb olunub. Bildirdim ki, torpağım 2011-ci ildə deputat olarkən Qalib Salahzadə tərəfindən zəbt olunub. Oradakı 2 və 3 mərtəbəli mülklərim darmadağın edilib, uşaqlarımın oyuncaqları oğurlanıb, əmlaklarım talan edilib. Qarabağ torpaqlarında ermənilər də eyni şəkildə biz azərbaycanlılara qarşı cinayət törətmişdilər.

Bayrakdardan xahiş etdim ki, mənə 1 müşahidə, 1 zərbə dronu kirayəyə versin. İzah etdim ki, 9 ildir torpağım qəsb olunub, həmin torpağa gedən yola böyük bir dəmir darvaza qoyulub. Bu gün mən öz toprağıma, hansına ki, Azərbaycan dövləti mənim olduğunu təsdiqləyir, həmin darvazadan keçib düşə bilmirəm. Baş Pokurorluq Bakı Şəhər İcra Hakimiyyətinə, oradan isə Sabunçu İcra Hakimiyyətinə darvazanın götürülməsi üçün göstəriş verilib. Amma həmin göstəriş də 1 ildən çoxdur icra olunmayıb. Bu gün mənim, Azərbaycan vətəndaşı Seymur Quliyevin ümidi həmin darvazanın zərbə dronu vasitəsi ilə məhv ediləcəyinədir. Ümid edirəm ki, Səlcuq Bayrakdar bu məsələni anlayışla qarşılayacaq, mənə zərbə dronu və mütəxəssisi ilə dəstək verəcək".

Bakı sakini deyir ki, illər öncə Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dənizə gedən yol Qalib Salahzadə tərəfindən bağlanıb. Dövlətə məxsus yolun bağlanmasından dolayı Qalib Salahzadə barəsində müvafiq qurumlar tədbir görmür: “Qalib Salahzadə hər yerdə deyir ki, Bilgəhdə qanun mənəm. 9 ildir ki, istintaq gedir, bu adam gəlini, Şeyxin qızı Xatirə Allahşükür qızının arxasında gizlənir. Mən Şeyxin qəbuluna da getmişəm, deyiblər ki, o, bu işlərə qarışmır, Seymur haqlıdır, gedib torpağına sahib çıxsın. Yəni Qalib Salahzadə özünü qorumaq üçün hər kəsin, respublikada tanınan hörmətli adamların adını çəkir, tanınmış isimlərin adlarının arxasında gizlənməyə adət edib. Bu gün arxasında gizlənməyə artıq ad tapmır. Çünki kimin adını çəkibsə, qəbulunu getmişəm, hər kəs də etdiyi qanunsuzluğun aradan qaldırılmasını tapşırıb. Ona görə də baş prokuror Kamran Əliyevə dönə-dönə müraciət edirəm, məni qəbul etsin. Mən Azərbaycan vətəndaşıyam. Əmlakım qəsb olunub. Bu biabırçılığa son qoysunlar. Cinayət işinin istintaqını tamamlayıb məhkəməyə göndərsinlər”.





Oxşar xəbərlər

Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
Bayraktar Azərbaycan xalqını təbrik etdi - Foto
“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...” - sabiq deputatdan şikayət
“Səlcuq Bayraktara Milli Qəhrəman adı verilsin...”
“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO
Qarabağda qələbəni şəhidlərimiz qazandırdı, "Bayraktar" vasitədir - Selçuk Bayraktardan möhtəşəm çıxış
Bayraqdardan möhtəşəm parad paylaşımı - Video
Nəsib Quliyev  vəzifəsindən azad edildi
Etibar Məmmədovdan İlham Əliyevə məktub: “Bu, düşmənə toy tutulmasıdır”
Paradda “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olundu
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Qarabağda ölüm saçan silah ABŞ-ı qorxuya saldı - Hərəkətə keçdilər
Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR
Türkiyə PUA-larından inanılmaz rekord
Qalib Azərbaycan Ordusudur: artıq başa düşdük - Baqdasaryan
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
Çavuşoğlu Azərbaycan xalqını təbrik edib - Foto
“Bu gün mənim yox, Ağdamın doğum günüdür“ - Əli Mirəliyev
Deputatdan təklif: “PUA-ya abidə qoyulsun”
"Mən Ali Baş Komandan kimi əmr etdim ki..."
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
“Ter Petrosyanla telefonla danışmışam...” – Rəsul Quliyev
“ Azad olunmuş rayonların iqtisadi və sosial konsepsiyası hazırlanıb“ - Deputat
Meşələrdə 300-dən çox erməni əsgəri gizlənib
Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR
Avstraliyada köpəkbalığı qıza hücum etdi – dişinin biri qırıldı
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı - “Harop”u modernləşdirir
İsrail “Harop”u təkmilləşdirir: Rus radioelektron sistemi təhlükədə