Azərbaycanda koronavirusla mübarizə monopoliyaya alınıb? “Növbədə cəmi 3 həkim olur“
24-12-2020, 11:07
109

Azərbaycanda koronavirusla mübarizə monopoliyaya alınıb? “Növbədə cəmi 3 həkim olur“

Son həftələr ölkədə gündəlik yoluxma sayının kəskin şəkildə artması ciddi narahatlığa səbəb olub. Artıq xəstəxanalarda yerlərin dolması ilə əlaqədar əksəriyyət evdə müalicə üsuluna əl atıb. Bunun isə effektli olub-olmaması hələ ki sual altındadır. Çünki dünənə qədər COVID-19 haqqında başqalarının dediklərinə əsasən danışırdıqsa, bu gün evimizə də yol tapdığını görüb vəziyyətin acınacaqlı olduğunu daha yaxşı dərk edirik.
Terapevt Rasif Bağırov açıqlamasında ölkədə virusla mübarizənin heç də düzgün aparılmadığını, ona görə belə çətin vəziyyətlə üzləşdiyimizi bildirib:
“Xəstəni götürüb portala yazır, müalicəsi ilə məşğul olmur, amma dəqiqə başı zəng vurub xəstədən harada olduğunu soruşurlar. Guya o vətəndaş telefonu evdə qoyub çıxsa, gedib onu tuta biləcəklər? Xəstələrin çoxu evdən çıxmaq üçün belə üsullara əl atırlar. Bu xəstələri belə vəziyyətə salacağınıza icazə verin həkim çağırıb müalicə işi ilə məşğul olsunlar. Belə qadağalara qarşı onlar başqa yollara əl atırlar, o da infeksiyanın yayılmasına gətirib çıxarır”.
Terapevtin sözlərinə görə, digər problem həkimlərin çoxunun müalicədən kənarda saxlanmasıdır:
“Onları evlərinə buraxıb deyirlər ki, məhz koronavirusa qarşı mübarizə aparan konkret sayda həkim var. Təcili yardımı analiz üçün evə çağırırsan. Cavab verir ki, məni temperaturun olanda çağır. Bu insanlar başa düşmürlər ki, temperatur olanda test nəticəsi pozitiv çıxmır. Çünki xəstəlik tam yayılmağa başlayanda virus artıq orqanizmdə özü öz ömrünü başa vurur. İlkin narahatlıq hiss edilən kimi müdaxilə etmək lazımdır. Təcili yardımda 20-25 il bundan qabaq növbəyə 5 maşın çıxırdısa, bu gün 3 maşın çıxır. Halbuki əhali iki dəfə artıb. Ona görə də insanlar təcili yardıma müraciət etməkdən vaz keçiblər, çünki onsuz da gəlmir. Bu səviyyədə bir xəstəliyin qarşısında növbədə cəmi 3 həkim olur, bu qüvvə ilə kimin yardımına çatmaq olar? Nəticə göz qabağındadır. Əhalinin əksəriyyəti həkim müayinəsindən kənarda qalıb”.

Oxşar xəbərlər

Ermənistandan növbəti saxtakarlıq: Koronavirus xəstələrinin sayı gizlədilir
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Azərbaycanda dərman bazarında nə baş verir? – Video
TƏBİB-nazirlik qarşıdurması xəstələri öldürür: - Rusiyadan gətirilən müalicə protokolu isə durumu qəlizləşdirir
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
“Cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var“ - Mütəxəssis
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
TƏBİB-dən evdə müalicə olunan COVİD-19 xəstələrinə XƏBƏRDARLIQ
“Nə dərman verirlər, nə iynə vururlar, Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir...” - ETİRAZ
Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq
Azərbaycanı payızda gözləyən təhlükə - “İcazə vermirlər ki, gətirsinlər...”
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı azaldı - Ölənlər var
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
"Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.." - NARAZILIQ!
“Koronavirusa yoluxmuş xəstəyə bir dərman verib gedirlər...“ - ETİRAZ
Sabirabadda rəsmən DƏRƏBƏYLİKDİR... - GİLEY
"Xəstəxanalar doludur, həkimlər bizə baxa bilmir" - Qazidən ÇAĞIRIŞ
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü - Statistika
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
Koronavirusla bağlı əsas tövsiyələr
Təcili yardım maşınları niyə gecikir? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda yoluxma kəskin azaldı