Nazir ad günü keçirən məktəb direktorunu niyə qovmadı? – Şeytan detallardadır
24-12-2020, 11:20
227

Nazir ad günü keçirən məktəb direktorunu niyə qovmadı? – Şeytan detallardadır

İctimaiyyət yeni təhsil naziri Emin Əmrullayevdən karantini pozaraq özünə ad günü keçirən məktəb direktoruna daha ağır cəza verəcəyini gözləyirdi.
Sosial media fəalları və vətəndaş cəmiyyəti üzvləri Bakının 187 nömrəli tam orta məktəbinin direktoru Nailə Məmmədovanın işdən azad olunmasını tələb edir.
Reportyor.info xəbər verir ki, təhsil naziri isə məktəb direktoruna yalnız töhmət verməklə məhdudlaşdı. Halbuki, rəhbərlik etdiyi məktəbin şagirdlərinə nümunə olmalı direktor barəsində sərt tədbir görülməliydi.


N.Məmmədova ilk növbədə karantin qaydalarını pozub, şagirdlərə ədəb-ərkan, qayda-qanun öyüd-nəsihəti verən məktəb direktoru özü qanunları tapdalayıb, ən vacib məsələ isə yenicə şəhidlər verən ölkədə özünə şadyanalıq təşkil edib. Bu da işin mənəvi tərəfidir.
Amma görünür ki, təhsil naziri E.Əmrullayev N.Məmmədovaya bata bilməyib və onu vəzifəsindən azad etməyə iqtidarı çatmayıb. Bəzi iddialara görə, məktəb direktorunu himayə edən güclər var.
Bundan əlavə, N.Məmmədovanın məktəb direktorluğundan uzaqlaşdırılmasını şərtləndirən səbəb qalmaqallı reputasiyaya malik olmasıdır. O, mətbuat üçün kifayət qədər məşhur personajdır.
Deputat Etibar Əliyev də bildirib ki, Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova vəzifəsindən azad olunmalıdır.
Millət vəkilinin sözlərinə görə, N.Məmmədova bilərəkdən qaydaları pozmaqla saymazlıq nümayiş etdirir. Yada salaq ki, Nailə Məmmədovanın adı dəfələrlə qalmaqallı olaylarda hallanıb.

Bundan əvvəl jurnalisti təhqir etdiyi üçün töhmət almışdı. Həmçinin, N.Məmmədova rüşvət almaqda və sələmçi kimi fəaliyyət göstərməkdə ittiham olunub.
O, amerikapress.com saytının rəhbəri Rauf Sultanovla məhkəmə çəkişməsində olub. Jurnalist ondan rüşvət almağa görə həbs edilib.
Bu haqda mediada uzun müddət məlumatlar dərc olunub. Nailə Məmmədovanın Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışdıqları da gündəmdə böyük səs-küy qoparmışdı.
Sitat: “Pulu vermək üçün məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Mən dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm, bunu da zarafatla ona dedim.
Məni evində görüşməyə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evdə danışmaqla onun başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

Oxşar xəbərlər

Nazirin töhmət verdiyi məktəb direktorunu DİN də cəzalandırdı - VİDEO
Bakıda məktəb direktoru karantin qaydalarını pozub özünə dəbdəbəli ad günü keçirdi
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Karantində dəbdəbəli ad günü keçirən məktəb direktoru barədə İLGİNC FAKTLAR - Belə deyirlər...
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Azərbaycanda orta məktəb bağlandı
Bakıda məktəb direktoru vəfat etdi
Mətanət İsgəndərli qalmaqallı direktora görə cərimələndi - VİDEO
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Məktəb direktorundan bayrağımıza hörmətsizlik
Nazirlikdən hicablı şagird və müəllimlərlə bağlı AÇIQLAMA
Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Cəzalandırılan məktəb direktorlarının sayı açıqlandı
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Abşeronda müəllimlər günü qeyd edilib
Erməni təxribatı nəticəsində yarasız hala düşən məktəblərin sayı açıqlanıb
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi