Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTOLAR
24-12-2020, 16:00
163

Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTOLAR

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.
Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.
A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.
Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Müharibə əlillərinə minik avtomobilləri verilib
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTOLAR
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Daha dörd rayonda şəhid ailələri və əlillərə ev verildi - FOTOLAR
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTOLAR
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Şəhid ailələrinə ödənişlər edildi
Müharibə dövründə sarsıntı keçirən ailələrə psixoloji dəstək verilib
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi - FOTO
Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək