Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - Video
25-12-2020, 11:04
143

Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - Video

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidənqurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır.
Gündəlik Bakı xəbər verir ki, bunun üçün mənbəyi “İmişli” yarımstansiyasından “Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.
Ən əsası isə hazırda paralel olaraq Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən “Füzul-Şuşa” hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
110 kilovoltluq “Füzuli-Şuşa” xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.
 

Oxşar xəbərlər

Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - VİDEO
Hadrut qəsəbəsinə elektrik enerjisi verildi
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Şuşa məscidinə elektrik enerjisi verildi - VİDEO
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
Qarabağdakı sülhməramlıların postları qoruyucu vasitələrlə təchiz edildi
Prezident göstəriş verdi: Füzulidən Şuşaya yol çəkilir
Bakının iki qəsəbəsində işıq olmaycaq
“Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”
İşıqpulu ilə bağlı MÜHÜM AÇIQLAMA
İşğaldan azad edilmiş rayonlarda işləmək məqsədilə kadr ehtiyatı formalaşdırılır
Bakıda şadlıq evi YANDI
“Azərişıq“ Almaniya şirkəti ilə əməkdaşlıq edəcək
Güclü sel Oğuzda elektrik dirəyini yuyub apardı, meşəni su basdı - VİDEO
Ermənilərdən gülünc xəritə: “çoxminillik" SES
Prezident İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Şuşaya ikinci mənbədən içməli su verildi
Rusiya sülhməramlıları Laçın dəhlizini minalardan təmizləyir - Video
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək?
Rusiya İranda 1,4 milyard avro dəyərində elektrik stansiyası tikir
Sakinlərə zülm edən AAAF Park... - Günahı dövlət qurumunun üzərinə atır...
“Şuşaya meşə yolu ilə 15-16 saat dayanmadan…” - Video
Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
Ermənistanda qaz və işıq bahalaşır