Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
25-12-2020, 11:13
69

Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY

Lerik rayonu, Peştətük kənd sakinləri etiraz edir. Şikayətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindəndir. Dediklərinə görə, 1997-98-ci illərdə islahatlar zamanı vaxtilə kəndin Engels adına tərəvəzçilik və heyvandarlıq sovxozuna aid əkin-biçin torpaqları camaat arasında adambaşına 30 hektar olmaqla bölüşdürülüb. Ərazi Meşə Fondunun balansında olsa da, əhali artıq bir əsrə yaxındır orada məskunlaşıb və torpaqlar mütəmadi olaraq kənd camaatı tərəfindən istifadə edilib.

DİA.AZ xəbər verir ki, Rövşən Həmdəmov kənd sakinləri adından danışıb. Deyib ki, islahatlardan sonra kənd camaatına həyətyanı topraqlara Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamələr verilib. Lakin pay torpaqlarına görə hər hansı sənəd təqdim olunmayıb:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin pay torpaqlarını camaata vermək istəmədi. Bildirildi ki, Meşə Fondunundur, bəs həmin ərazini verə bilmərik. Halbuki, insanlar uzun illərdir bu torpaqlarda əkin-biçin işləri aparıb. Bir əsrə yaxındır ki, bu camaat Peştətük kəndində məskunlaşıb. Evlər tikib, yurd salıb. Ərazi daim əkin-biçin məqsədilə istifadə olunub. 1997-ci il yanvarın 10-da mərhum prezident Heydər Əliyevin 584 saylı fərmanına əsasən, sovxozun istifadəsində olan torpaqların kənd sakinləri arasında bərabər bölünməsinə qərar verilib. 1998-ci ildə sovxozun direktoru Elxan Aslanovun keçirdiyi iclasda 97 nəfər kənd sakini iştirak edib. Bununla bağlı protokol imzanıb. Daha sonra isə püşkatma olub. Camaata adambaşına 16 sot torpaq veriblər. Arzuman Canəli oğlu Səfərov Birinci Qarabağ döyüşlərində itkin düşmüşdü. Şəhid ailəsi olduğu üçün onun yaxınlarına normadan əlavə torpaq verildi. Torpaqlar veriləndən sonra xəritə çəkilib. Həmin xəritə, ümumiyyətlə, islahatın bütün sənədləri bizdə mövcuddur. Bircə dövlət aktımız yoxdur. Torpaqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır, sənədimizə baxılmır. 1998-ci ildən bu yana, düz 22 ildir bu məsələ öz həllini tapmır. Qarabağ münaqişəsi kimi uzanıb gedir”.

2020-ci ilin yanvarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərazidən 5 hektar sahəni Lənkəran Sahibkar Qadınlar İctimai Birliyinin sədri, iş adamı Zərnitac İsmayılovaya icarəyə verib. Kənd sakinləri isə buna etiraz edir. Rövşən Həmdəmov deyir ki, dəfələrlə bununla bağlı nazirliyə və Prezident Adminstrasiyasına müraciət ediblər, amma nəticəsiz qalıb: “Zərnitac İsmayılova 2009-cu ildə Peştətük kəndində olan boş torpaq sahəsində 70 sot torpaq götürərək, “Cənub” Turizm İstirahət Mərkəzini salıb. İstirahət mərkəzi ilə bizim kəndin pay torpaqlarının arasından çay keçir. 2010-cu ildən isə kənd camaatının pay torpaqlarını mənimsəməyə başladı. Əvvəlcə Sultan Səməd oğlu Hüseynovun torpağını götürdü. Bu məsələdən sonra biz aidiyyəti qurumlara yazdıq. Lakin heç bir nəticəsi olmadı. Əksinə, 2020-ci ilin yanvar ayında həmin torpağın 5 hektarını da götürdü. Fındıq ağacları əkib, guya aqropark salır. Camaat narazılıq etməyə başladı. Prezident Adminstrasiyasına və başqa instansiyalara yazdıq. Bu adam da deyir ki, torpaq mənimdir. Rayonun icra hakimiyyətində olmuşuq. Başçı özü işimizlə maraqlanıb. Bu qadın heç kimlə hesablaşmır. Deyir ki, burda mənəm, Bağdadda kor xəlifə. Bizim əlimiz yuxarılara çatmır, şikayətimizə baxılmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmişdilər. Deyirlər ki, torpaq nazirliyindir. Axı bizim də əlimizdə sənədlər var. Heydər Əliyev rəhmətə gedibsə, deməli, onun fərmanı da rəhmətə gedib? Gətirib, aktımı versin, torpağı özüm götürməmişəm, dövlət verib”.

“İslahatlardan sonra qonşu kəndlərə dövlət aktı təqdim olundu, bir bizdən başqa. O vaxt torpaqlara dəyib-dolaşan yox idi deyə sənədsiz istifadə edirdilər, əkirdilər, biçirdilər. Heç kim bunlara toxunmurdu. Lakin 2010-cu ildən bizə aid torpaqlar nazirlik tərəfindən icarəyə verilir.

Onu da deyim ki, həmin ərazidə İkinci Qarabağ müharibəsində şəhid olan kəndcimizin gizir Ağayev Cəlal Ağaverdi oğlunun da payı var. Yəni şəhid ailəsinin də torpağı mənimsənilib”.

Oxşar xəbərlər

Neftçala sakinləri çarəsiz durumda - GİLEY
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
Lerikdə təhsildən başqa hər şey var
Şəkidə əlili incidən kimdir? - GİLEY
Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb - Video
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Şahdağ Milli Parkında 16 ağac kəsilib
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Lerik təhsilində vəzifə bölgüsü və yaxud qohumbazlıq? – VİDEO
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ - Prezidentə müraciət olundu
Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
Zərdabda məmur özbaşınalığı... - QALMAQAL
Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
Qanunsuz ov edən şəxs saxlanıldı - VİDEO
Alpout sakininin meyiti küçədə tapıldı
Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...