Yanvarın 1-dən maaşlardan bu qaydada pul tutulacaq – Detallı izah
25-12-2020, 11:16
252

Yanvarın 1-dən maaşlardan bu qaydada pul tutulacaq – Detallı izah

1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.  
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən – 1. İşəgötürən işçiyə aylıq 500₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək. 
İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500₼-dır. Bu halda onun əməkhaqqından 2%, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500₼-dır. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162.5₼ icbari tibbi sığorta haqqı tutulacaq. 
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən - 1. İşəgötürən işçiyə aylıq 700₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün  həmin məbləğin 1%-i, aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən - 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700₼-dır. Bu halda onun əməkhaqqından 1%, yəni aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı 8500₼-dır. Bu zaman 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Nümunə ilə izah edək:
1.Şəxs aylıq 500₼ gəlir əldə edir. Bu halda o gəlirinin 2%-i, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəməlidir.
2.  Şəxs aylıq 8500₼ gəlir əldə edir. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 1%-i, yəni 5₼ (500*1%=5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə şəxs aylıq 165₼ icbari tibbi sığorta haqqı ödəməlidir.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. 
Nümunə ilə izah edək:
Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250₼-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10₼ (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər. 
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.
Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, həm yuxarıda qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.
Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib. Daha ətraflı buradan tanış ola bilərsiniz.  
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq. 
Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.

Oxşar xəbərlər

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz
Tibb işçilərinə, könüllülərə müddətli əlavə və mükafat ödənilib
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Azərbaycanda 800 milyonluq sığorta bazarı? - “Ödənişlər də artır”
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
Özəl xəstəxanalarda çalışan həkim və könüllülərə mükafat ödənildi
Nikaha daxil olmaq istəyən şəxslərin nəzərinə
Nazirlər Kabinetindən yeni QƏRAR
“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar”
Prezident və xanımı yeni gətirilən təcili yardım maşınları ilə tanış oldular
Prezident “Tibbi sığorta haqqında” qanuna dəyişiklik etdi
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Vasif Talıbovdan yeni təyinat
"Qala sığorta"nın daş kimi susqunluğu... - GİLEY
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
Erməni işğalının sığorta bazarımıza vurduğu ziyan
Şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Mərkəzi Banka yeni səlahiyyət verildi
Azərbaycanda iki özəl klinika cərimələnib
Kişilər və qadınlar üçün yeni pensiya yaşı MÜƏYYƏNLƏŞDİ