Tanınmış prodüser Tarix Əliyev (Tolik) Qarabağ müharibəsində döyüşən əsgərə avtomobil alıb.
Bir müddət əvvəl sosial şəbəkədə canlı yayıma qoşularaq avtomobil istəyən əsgərimizin arzusunu Tolik yerinə yetirib. O, yardım aksiyası başladaraq əsgərə maşın alıb:
“Samir əslində 04 istəyirdi, amma o maşında problem çıxdı. Bu 07-ni özü getdi, bəyəndi, seçdi, biz də aldıq. Maşın onun öz adınadı. Bu ona xalqımızın hədiyyəsidir. 5 min manat maşının qiymətidir. Halal xoşu olsun. Şəmkirə sağ-salamat gedib çatsın, televizorunu da orada verəcəklər. Sağlığına qismət”.
Həmin görüntüləri təqdim edirik: