Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
25-12-2020, 12:31
146

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Direktor rüşvətə görə həbs edildi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?
Baş həkim həbs edildi
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Bələdiyyə sədrinə cinayət işi açıldı
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Şirkət direktoruna cinayət işi açıldı
Rusiyada həbs edilən azərbaycanlılar ölkəmizə təhvil verildi
“Güllübulağ”ın rəhbəri həbs edildi
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI