DYP sürücülərə müraciət etdi
25-12-2020, 13:20
237

DYP sürücülərə müraciət etdi

Bu gün Bakı şəhərinin hündür ərazilərində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hadisələri araşdırılarkən yol və metroloji şəraitin sürücülər tərəfindən düzgün alınmaması səbəbindən qeydə alındığı məlum olub:
“Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşların, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqəli hər bir avtomobil sürücüsü olduqca diqqətli olmalıdır. Həmin şəxslər nəqliyyat vasitəsini yol və metroloji şəraiti nəzərə almaqla elə idarə etməlidir ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Yəni yollarda sürüşmə ehtimalını nəzərə alıb, sürət həddini minimuma endirməlidir, ara məsafəsini normadan artıq saxlamalı, eyni zamanda, avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına alınmalıdır. Unutmaq olmaz ki, hava şəraitinə uyğun olaraq, təkərlər və onların protektrları normaya uyğun olmalıdır. İşıq cihazları və eyni zamanda digər parametrlər tələblərə uyğun olmalıdır ki, nəqliyyat vasitəsini idarə edən sürücü yol-nəqliyyat hadisəsi törətməsin.
Ona görə də sürücülərdən xahiş edirik və onlara tövsiyə edirik ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq diqqətli olsunlar. Yol boyu qoyulmuş yol nişanmlarının tələblərinə diqqət yetirib və o nişanlara uyğun hərəkət etsinlər. Bir daha bildirir ki, asfalt səti üzərində şaxtanın hesabına buz qatı əməli gəlir və bu da sürücüləri çaşdıra bilər. Xüsusi ilə enişli-yoxuşlu yollar, hündür ərazilər, Yasamal, Günəşli kimi tanınan ərazilərdə sübh vaxtları yollarda buzlaşma buz qatı yaradır. Bu da istər-istəməz bu ərazilərdən istifadə edən sürücülərin yol və metroloji şəraitləri almama səbəbi ilə yol qəza hadisəsi törətməsi ilə nəticələnir.
Ona görə sürücülər hava şəraitindən asılı olaraq, yəni yol və metroloji şəraiti nəzərə alaraq, elə hərəkət etməlidir ki, hadisə baş verməsin. Unutmaq olmaz ki, belə hava şəraitində qeydə alınan yol-nəqliyyat hadisələri ilə də bağlı konkret qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Yəni bəzi sürücülər yollarda buz qatı var deyərək, məsuliyyətdən yayınmaq istəyi də, elə “Yol Hərəkəti Haqqında” qanunun tələbinin pozulmasıdır. “Yol buzdur, mən sürüşdüm başqa bir nəqliyyat vasitəsinə dəydim” demək, düşünmək düzgün deyil”.
“Eyni zamanda belə hava şəraitində sürücülər yəni sürüşmə ehtimalı olan ərazilərdə sürücülər bunu nəzərə alıb, heç olmasa avtomobilin normal hərəkət etməsi üçün təkərlərdə olan təziqin nisbətən aşağı salmalıdır. Çünki təkərlə asfalt üzərində ilişmə səthi geniş olduqda avtomobilin sürüşmə ehtimalı azalır”, - V.Əsədov bildirib.

Oxşar xəbərlər

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
DYP-dən piyadalara müraciət
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
Azərbaycanda dəhşətli YOL QƏZALARI
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakının bu yollarında sürət həddi endirildi
Vaqif Əsədov: “Sürücülər belə halda maska taxmaya bilər
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Bakının əsas yollarında sürət həddi endirilib
DYP Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
DİN avtomobil sahiblərinə müraciət edib
Bakıda maşın piyadanı vurub öldürdü
Bu küçələrdə yeni zolaqlar: Avtomobil saxlayanlar cərimələnəcək
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - FOTO
“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
Azərbaycanda 5662 sərxoş sürücü saxlanılıb
Yol polisi SMS almış sürücülərə müraciət etdi
Bakıda avtomobil azyaşlını vuraraq öldürüb
Xüsusi zolağa icazəsiz daxil olan sürücülər cərimələnəcək
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Bakıda “Opel” piyadanı vurub ÖLDÜRDÜ
Bakıda sərxoş qadın polisləri hədələdi
Karantin postlarının yaradılacağı ərazilərin adı açıqlandı – SİYAHI
Sürücülərin nəzərinə: Əgər karantin vaxtı texniki baxışla bağlı SMS gəlibsə...