İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
25-12-2020, 13:24
95

İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar

İsmayıllı Rayon İcra Hakimiyyəti “Parlaq-N” MMC ilə toplam maliyyə dəyəri 196 042.94 AZN olan 3 müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələrdə İsmayıllı şəhəri, Şəhidlər Xiyabanı və Heydər Əliyev adına parkda cari təmir işlərinin, İsmayıllı şəhəri N.Tusi küçəsinin, həmin küçədə yerləşən modul tipli xəstəxananın ərazisində, icra hakimiyyətinin binası qarşısında yerləşən mərkəzi meydanda, Babək küçəsində və şəhərin giriş hissəsində abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin reyestr məlumatlarına əsasən “Parlaq-N” MMC 18 yanvar 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Füzuli rayonu, Horadiz şəhəri, Xanlar, ev 5-də yerləşən şirkətin nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təçsilçisi isə Şıxıyev Ağabala Mirbəkir oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin tenderlərində əsasən bu şirkət qalib gəlir.
Bu ilin sentyabrında icra hakimiyyəti şirkətlə 657 000 dəyərində müqavilə imzalayıb. Müqavilədə İsmayıllı şəhərində şəhərdaxili yolların əsaslı təmiri nəzərdə tutulur.
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə “Parlaq-N” MMC-nin “tanışlığı” yeni deyil. Hələ 2018-ci ildə qurum toplam maliyyə dəyəri 4 385 659 AZN ola iki müqavilə imzalayıb. Müqavilələrdən birində qarşı tərəf “Parlaq-N” MMC-dir. Sənəddə şirkətin ona ödəniləcək 1 448 945 AZN müqabilində İsmayıllı şəhərində 100 yerlik uşaq bağçası tikməsi nəzərdə tutulub.
Nizamnamə kapitalı 20 AZN təşkilə edən, 8 ildir fəaliyyət göstərməsinə baxmayaraq barəsində çox az məlumat olan bir şirkətin bu tenderlərdə şəffaflıqla qalib gəlməsi bir qədər şübhəli görünür.
Biz hələ onu demirik ki, yerli mediada gedən xəbərlərə görə, “Parlaq-N” MMC-nin dövlət büdcəsinə 132 981 AZN borcu var. Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə isə vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil.

Oxşar xəbərlər

İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
BNA 2.8 milyonluq “zapçast” alır
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Nazirlik 48 min manata bayraq aldı
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Keşmiş nazir yarım milyonluq tender “uddu”
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
İsmayıllı sakini dəm qazından zəhərlənərək ölüb
Şəki şəhər İcra Hakimiyyəti bələdiyyə üzvünə yarım milyonluq tender "verdi"? - FOTO