Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”
25-12-2020, 18:35
107

Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”

Baş Prokurorluq Zeynəb Xanlarovanın bacısı oğlunun həbsli bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması barədə daxil olmuş müraciətlər əsasında Xəzər rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri Əzizxanım Atayevanın və Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 
Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.  
Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Qeyd edək ki, D.Nəsirov sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur.

Oxşar xəbərlər

Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Xalq artistinin istintaqdan gizlənən bacısı oğlu tutuldu
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Zeynəb Xanlarovanın bacısı oğlu ələ keçirildi - Polisdən əməliyyat
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə
Axtarışda olan qohumu Zeynəb Xanlarovanın evində gizlənir – Sensasion iddia
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Bələdiyyə sədrinə cinayət işi açıldı
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Oğlunun Aygün Kazımovanın qızıyla videosu yayılan Daşqın Nəsirov kimdir?
Buzovnada torpaq sahəsinin zəbt olunması ilə bağlı DİN-dən AÇIQLAMA
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Türkanda 2 ahıl qadını "öldürüb" torpaqlarını ələ keçirdilər - dəhşətli cinayətin izi ilə...
Daha bir sabiq məmura cinayət işi açıldı
Direktor rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Hərbçilərimiz Ağdamda minaya düşdü - Biri şəhid oldu
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu