Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
28-12-2020, 13:08
171

Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər

Yasamal Rayon İcra Hakimiyyəti dekabr ayında 4 tenderə yekun vurub. Reportyor.info xəbər verir ki, bu tenderlərin toplam maliyyə dəyəri 892 902.09 AZN-dir.
Üç tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub. İcra hakimiyyəti ilə QSC arasında imzalanan müqavilələrdə işçi qrupları üçün xüsusi növ geyimlərinin, ehtiyat hissələrinin və avadanlıqların satın alınması nəzərdə tutulur.Qurumu buna görə QSC-yə 615 511.84 AZN ödəyəcək.

İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 18 may 2015-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.

Araşdırmalarımız zamanı QSC-nin icra hakimiyyətlərinin, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sevimli şirkəti olduğu üzə çıxıb. Nə sirdirsə, icra hakimiyyətlərinin, o cümlədən BŞİH-in keçirdiyi tenderlərin qalibi əsasən bu şirkət olur.

Amma şirkətin özü, gördüyü işlər və qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da QSC-nin fəaliyyətinə şübhələr yaradır.
Yasamal Rayon İcra Hakimiyyətinin müqavilə bağladığı şirkətlərdən biri də “Star Construktion 12” QSC-dir. Müqaviləyə əsasən şirkət asfhalt örtüyünün təmir işlərini həyata keçirməlidir.
“Star Construktion 12” QSC dövlət satınalmalarını izləyənlərə yaxşı tanışdır. Bu şirkət əsasən şübhəli tenderlərdə keçir.
“Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Şirkətin özü kimi qanuni təmsilçisi də vaxtilə şübhəli fəaliyyətlə məşğul olub. Hər halda Bakı Şəhər Təhsil İdarəsinin təchizar şöbəsinin rəisi vəzifəsində işləmiş Mirsahib Bayramov hazırda İqtisadiyyat naziri vəzifəsini daşıyan Mikayıl Cabbarovun Təhsil naziri olduğu dönəmdə qanunsuz əməllərinə görə işdən azad edilib.
Onun fəaliyyəti ilə bağlı araşdırmalar zamanı bəlli olub ki, məktəbrlərin təzhizatı yox səviyyəsindədir. Büdəc vəsaitləri isə qaranlıq məqsədlərə sərf edilib.
Bundan sonra Mirsahib Bayramov “Star Construktion 12” MMC-nin rəhbrəliyinə keçib. Sonrada MMC ləğv edilərək QSC-yə çevrilib.
Bu şirkət də “Tikiti-Təmir-Təzhizat-Bərpa” QSC kimi yerli icra hakimiyyətlərinin sevimli şirkəti hesab olunur.

Oxşar xəbərlər

Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
BNA 2.8 milyonluq “zapçast” alır
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Nazirlik 48 min manata bayraq aldı
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM