Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?
28-12-2020, 19:05
106

Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?

Səfər Mehdiyevin "As İnşaat-N" sevgisiBir neçə gün əvvəl rəsmi olaraq məlumat yayıldı ki, Dövlət Gömrük Komitəsi Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi "Xanoba" gömrük postunun kompleks tikintisi (birinci mərhələsi) üzrə elan etdiyi açıq tenderə yekun vurub. Vahid dövlət satınalmaları portalında yayılan informasiyada tenderin qalibi “As İnşaat” MMC-nin olduğu qeyd olunurdu.

Məlumata əsasən tikinti - quraşdırma işlərin aparılmasına görə şirkətə 8 mln manat ödəniləcək. Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə, “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Həmçinin 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulacaq. Qeyd edək ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur. Məntəqənin inşası birtərəfli qaydada Azərbaycan tərəfindən aparılacaq.

Gundeminfo.az olaraq kiçik bir araşdırma apardıq. “As İnşaat” MMC əslində bir sıra meqa tikinti, təmir tenderlərinin qalibi olduğu haqda bilgilər əldə etdik. Lakin rəsmi qaynaqlarda şirkətin kimə məxsus olduğunu müəyyən edə bilmədik. Şirkətin rəsmi https://www.facebook.com/asInshaatNMmc səhifəsində bununla bağlı heç bir məlumat yer almır. Eyni zamanda məlum olur ki, DGK-nın tenderi həvalə etdiyi şirkətin rəsmi
https://www.asinshaat-n.az/projects səhifəsi də 2018-ci ildən bu günə qədər yenilənməyib. Şirkətin ictimai hesabatlılıq və sorumluluq duymaması, 2018-ci ildən bu günə qədər habnsı tenderlərin qalibi olması barədə də detallı bilgilər əldə edə bilmədik. Məlum oldu ki, şirkət əslində bir sıra dövlət sifarişləri əsasında fəaliyy
ət göstərib. Hətta internet resurslarında Səfər Mehdiyevin dostları olduğu deyilən şirkətin ünvanına tənqidlər də yer alır. Virtualaz.org saytı geniş bir araşdırmasında iddia edir ki, şirkət keyfiyyətsiz mal və materiallardan istifadə edir. Xüsusilə də armatur və sement ucuz və keyfiyyətsiz olur deyə müvafiq olaraq həyata keçirilən layihələr nəticəsində istismara verilən tikililər keyfiyyət standartlarına cavab vermir.
http://deyerler.org/426330-zay-mald-topdansatanlar-onlarla-goxmjrtjbjli-binalar-tikjnljr.html

Gundeminfo.az-a daxil olan məlumata əsasən DGK sədri Səfər Mehdiyev belə müəmmalı şirkətlərlə ortaqlıq etməkdədir. Bildirilir ki, bəzən komitənin tenderlərini udan şirkətlər deyil, tamam başqa tikinti briqadaları həyata keçirir. Məlumata əsasən Mehdiyevin Komitə daxilində böyük bir tikinti briqadasını idarə edən "həmkəndlilər qrupu" var. Məhz həmin qrup vasitəsilə də Cənab Mehdiyev "otkad" edərək ciddi məbləğdə pullar qazanır. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər

Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Külli miqdarda ətirlər keçirmək istədilər
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
BNAi 2 milyon manatlıq tenderə yekun vurub
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
İranla sərhəddə bayrağımız 35 metr hündürlükdə ucaldılıb - Video
"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Sərhəddən tapança keçirmək istədilər - FOTO