“AĞSAQQAL HAVASI”NA OYNAYAN MƏMURLAR
29-12-2020, 15:23
113

“AĞSAQQAL HAVASI”NA OYNAYAN MƏMURLAR

Xəbər verdiyimiz kimi, Ağsaqqallar Şurasına tələm-tələsik sədr seçilən deputat, Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Quliyevin Atçılıq İdman Mərkəzinin həndəvərindəki yolu daraldaraq mənimsədiyi ərazini yeni inşa etdirdiyi stadiona qatması ciddi tənqidə tuş gəlib. Gediş-gəlişi əngəllənən sakinlərin haqlı narazılıqlarını ifadə edən məqalələr “Deryaz.az” saytında da dərc olunub. Universitet rəhbərliyi tərəfindən paytaxtın Nəcəf Nərimanov küçəsində görülən işlər (yəni, 4 metrlik ikitərəfli magistral yolun 1 metrinin daraldılması) tam qanuni olduğu, həmin ərazinin çox-çox illər əvvəl özəlləşdirildiyi bildirilsə də, məsələ ilə bağlı etirazlar səngimir.

Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini İradə Mahmudova tərəfindən redaksiyamıza (20.10.2020-ci il tarixli 630 nömrəli məktubumuza cavab olaraq) ünvanlanan 18.11.2020-ci il tarixli 1/808 saylı məktubda bildirilir ki, sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədir: “Əlavə olaraq bildiririk ki, əldə etdiyimiz məlumata əsasən, həmin stadionun layihə sənədləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır”.
Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı aparatının rəhbəri cənab Elgün Həbibullayev Bakı ŞİH-nə ünvanladığımız məktubu baxılması üçün Nərimanov RİH-nin başçısına göndərmişdir. Haqlı olaraq sual yaranır: Əgər həqiqətən də “sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədirsə”, bunu Bakı ŞİH niyə bilmir və məktubumuzu cavablandırmaq üçün Nərimanov RİH-nə göndərir?
Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələdən sitat gətiririk: “Eldar Quliyev çox fürsətcil ağsaqqaldır. Pandemiyanın tüğyan etdiyi dönəmdə əsasını qoyduğu planı “blits-kriq”lə bitirmək üçün kişi elə bil müharibənin başlanmasını, ölkə rəhbərliyinin və elə hamının – xalqın, cəmiyyətin başının qarışmasını gözləyirmiş kimi, rektoru olduğu Azərbaycan Kooperasiya Universitetinin və kollecinin bayrağı altında ekspansiya siyasəti yürüdərək el arasında “Skaçka” kimi tanınan Atçılıq İdman Mərkəzinin həndəvərini işğal etdi. Adını da qoydu ki, bəs guya Universitetin balansında olan torpaq sahəsi üzərində qapalı stadion inşa etdirir və bu qurğu “uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət edəcək”. Və… əcəb də xidmət edir: Artıq məlumat var ki, stadionda bir saat oynamaq üçün idman həvəskarları 1 saatına 30-60 manat ödəməlidirlər. Məsələ burasındadır ki, Eldar Quliyevin tikdirdiyi stadion Nəcəf Nərimanov küçəsindəki yolun kənarındakı piyada səkisini də zəbt edib və gediş-gəlişi əngəllənən sakinlər haqlı narazılıqlarını daha yüksək tribunadan eşitdirmək üçün kütləvi informasiya vasitələrinə müraciətlər edirlər. Sovetlərdən ətalət qüvvəsi ilə yalnız adı qalmış “kooperasiya işi təhsilini” ən aşağı reytinqli ali məktəbdə “yaşadan” rektor-deputat-ağsaqqal bu layihəsinə qanuni don geyindirmək üçün 50 illik kif basmış sənədləri nümayiş etdirsə də, ilk əvvəl Nərimanov Rayon İcra Hakimiyyəti futbol meydançasının tikintisini dayandırıb”.

Niyə dayandırıbmış? Əgər həqiqətən də “sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədirsə”?

Görünür, sonradan Eldar Quliyev öz nüfuzundan və bəlkə də başqa hansısa təsirli vasitələrdən istifadə edərək, rayon rəhbərliyini yola gətirməyi bacarıb və bu işə aidiyyəti olan bütün məmurları öz çaldığı “ağsaqqal havası”na oynatmağı bacarıb. Hamını, o cümlədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini də. Məsələ burasındadır ki, Komitənin redaksiyamıza göndərdiyi 18 dekabr 2020-ci il tarixli 05/08-5686 saylı məktubunda “Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 30 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.07. 2010-cu il tarixli çıxarışına əsasən Bakı Biznes və Kooperasiya Kollecinin istifadəsində olasn sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0,237 ha hektar torpaq sahəsində aidiyyəti qurumların rəyləri, razılığı və digər zəruri sənədlər əsasında qapalı mini-futbol meydançaları və qeyri-yaşayış sahəsinin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10.07.2020-ci il tarixli 53 nömrəli icazə sənədi verilmişdir”. Həmçinin, məktubda göstərilir ki, İdarənin əməkdaşları tərəfindən tərəfindən keçirilən yerində baxış zamanı qeyd olunan sənədlər əsasında göstərilən ünvanda birmərtəbəli tikinti-quraşdırma işləri başa çatdırılmış, razılaşdırılmış layihə sənədlərindən kənarlaşmaya yol verilməmiş və Nəcəf Nərmanov küçəsində yerləşən həmin tikinti boyu 1 metr enində piyada səki inşa edilmişdir”.
Beləliklə, gəlib çıxdıq necə deyərlər, haqq yoluna. Həmin o 1 metr enində piyada səkisi onsuz da var idi. Ləğv edilib, qatılıb AKU-nun layihəsinə, əlavə olaraq daha bir metr yolun hərəkət hissəsindən “qayçılanaraq” piyada səkisi inşa olunub. Bir sözlə, yol daraldılıb, hərəkət iştirakçılarının (istər sürücü, istərsə də piyada) hərəkətlərinin məhdudlanması hesabına. Qəribədir, piyada səkisini məhz o qurum həyata keçirib ki, bu proyektə ilk olaraq etiraz səsini ucaltmalıydı, AKU-nu məhkəməyəverməliydi. Çəkişmə bir deyil, bəlkə də üç instansiya məhkəmədən keçəndən və AKU-nun qələbəsi ilə yekunlaşandan sonra vəziyyətlə barışmalı idi. Söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən gedir. AAYDA isə sanki bu məsələdə heç bir problem görmürmüş kimi işçilərini göndərib ki, gedin, hörmətli deputat, ünlü ağsaqqal Eldar Quliyevin çaldığı havanı oynayın, yolu daraldın. Yəqin, bu məsələdə özünün hərəkətsizliyinin səbəbini izah edə bilməməsi səbəbindəndir ki, Agentlik mövzu ilə bağlı sorğularımızı hələ də cavabsız qoyub, indiyədək heç bir cavab verməyib. Yəni, söhbət AKU-ya verilən icazə sənədlərinin saxta olub-olmamasından getmir. Aydın məsələdir ki, üzərinə möhür vurulub, imza qoyulubsa, qeydiyyata alınıbsa, demək, saxta deyil. Söhbət onların qanuni olub-olmamasından gedir. “Yolun daraldılması nə dərəcədə qanunauyğundur” sualı cavablandırılmalıdır. Agentlik bu məsələdə məsuliyyətdən özünü sığortalamaq üçün predmeti məhkəmə müstəvisinə çıxarmalıydı. Hətta uduzacağını qabaqcadan bilsə də. Sorun məhkəməyə vermək hüququnun istifadəyə verilib-verilməməsindən getmir, prestrij məsələsindən gedir ki, heç kimin hətta əsassız da olsa Agentliyi korruptiv maraqlar güdməkdə suçlamağa səbəbi olmasın.

Məsələ ilə əlaqədar müstəqil ekspertlərin, şəhər təsərrüfatı bilicilərinin, yol inşaatçılarının fikirlərini oxucularımızla bölüşməyə çalışacağıq.

Bizi izləyin. (deryaz.az)

Oxşar xəbərlər

Eldar Quliyevin adı qalmaqalda hallanır... - GƏLİŞMƏ
Eldar Quliyev fürsəti əldən vermir və xalqın, cəmiyyətin başının qarışmasını gözləyirmiş..- KOOPERASİYA UNİVERSİTETİNDƏ BİABIRÇILIQ
Fəttah Heydərovun yerinə namizəd o oldu
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Nərimanovun icra başçısına yeni birinci müavin təyin olunub
Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq? - AÇIQLAMA
Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…
İcra başçısı onu özünə birinci müavin təyin etdi
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Azərsu vitse-prezidenti aldatdı
Əli Həsənovun 2 milyard manatlıq gizlin səltənəti - SİYAHI
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Bakıda TİKİNTİ ÖZBAŞINALIĞI: - “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir?
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
İcra başçısına yeni müavin təyin edildi
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi “YAŞAT” Fonduna ianə edib
Bakıda azyaşlı küçədə qarət olundu
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Baş nazir sərəncam imzaladı
Atatürk parkındakı ağaclar niyə kəsilir? - AÇIQLAMA (FOTO)
Vilayət Eyvazov bu polis polkovniklərinin YERİNİ DƏYİŞDİ