“Amerikada məni parçalayardılar” – Keçmiş nazir oğlunun Amerikadakı  4 milyonluq evindən danışdı
30-12-2020, 09:04
99

“Amerikada məni parçalayardılar” – Keçmiş nazir oğlunun Amerikadakı 4 milyonluq evindən danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün publik qaydada tənqid olunan və işdən çıxarılan Elmar Məmmədyarov "Azadlıq radiosu"na müsahibə verib.
“Yeni Sabah” xəbər verir ki,  müsahibə zamanı nazirə oğlunun Nyu-Yorkda aldığı 4 milyon dollarlıq ev alması haqda sual verilib. “Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla bağlı açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik”.
E.Məmmədyarov suala qısa cavab verir: “Mən də təkrar edirəm - bu, şəxsi məsələdir”.
Jurnalist bu fikirlə razılaşmır: “Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı?!”
E.Məmmədyarov yenə tövrünü pozmur: “Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər”.
Jurnalist bu dəfə də razılaşmır: “Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?”.
“Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?”.
Belə olanda jurnalist sualı başqa cür qoyur: “O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili?”
“Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”, - deyə sabiq nazir bu dəfə də olduqca  sakit və arxayın cavab verir...

Oxşar xəbərlər

Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
Elmar Məmmədyarov Türkiyəyə gedib
“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir" - Keçmiş nazir
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Elmar Məmmədyarov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Elmar Məmmədyarov müəmması – Haradadır?
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Bu dəfə Elmar Məmmədyarovu parodiya etdilər - VİDEO
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Şuşan Stepanyan istefa verdi: Bunu şəxsi itkim hesab edirəm
Qətər Azərbaycana yeni səfir göndərib
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
“Hazırda hərbi əməliyyatlar davam edir və gərgin...” - Açıqlama
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
BNA 2.8 milyonluq “zapçast” alır
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
Kremldən Naxçıvanla sərhəddə vurulan helikopterlə bağlı AÇIQLAMA
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
Kremldən rus sülhməramlılarının Qarabağa gətirilməsi ilə bağlı AÇIQLAMA
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?
Əhəd Abıyev kimilərin “srok”u çoxdan bitib-İCRA BAŞÇISININ HƏBSİ QAÇILMAZDIR
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Direktor müəllimi spirt almağa məcbur edə bilməz! - Nazirlikdən xəbərdarlıq
Rövşanə işdən çıxarılması səbəblərindən danışdı
Koronavirusla bağlı ilk xəbəri yazan jurnalist həbs olunub
Nazir əsgərlərin təminatında nöqsana yol verən şəxsləri cəzalandırdı
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…