Əhmədzadə büdcə milyonlarını necə bölüşdürür... - İTTİHAM
30-12-2020, 10:04
105

Əhmədzadə büdcə milyonlarını necə bölüşdürür... - İTTİHAM

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeli qurumlardan biri də Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsidir ki, əsas işi respublika ərazisində hidrotexniki qurğuların reyestri və pasportlaşdırılması, meliorasiya və su təsərrüfatı obyektlərinin kadastrı, su obyektlərində istehsal müəssisələrinin qeydiyyatına və hidrotexniki qurğuların təhlükəsizliyinə, suların istifadəsinə və mühafizəsinə, suların keyfiyyətinə nəzarət etməkdən ibarətdir. İdarənin rəisi Mahir Qasımov pul qazanmağın, “sudan quru pul çıxarmağın” yolunu yaxşı bilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə ən gəlirli sahəni bu adama həvalə edib. Mahir Qasımov da başını salıb aşağı “xımır-xımır” büdcədən rəhbərlik etdiyi quruma ayrılan pulları müxtəlif tender bəhanələri ilə mənimsəyir.
Belə ki, sözü gedən idarə tərəfindən 08.12.2020-ci il tarixdə dəftərxana ləvazımatı, mətbəə işləri və ofis üçün mebellərin alınması üzrə keçirmiş olduğu kotirovka sorğusunun nəticələrinə görə “MADO-M 2018” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 38 200 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Həmçinin “GARANT” Məhdud Məsuliyyətli Cəmiyyətlə Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin binasında cari təmir işləri və elmi texniki işlərin görülməsi üzrə elan olunmuş kotirovka sorğusunda qalib elan edilərək 08.12.2020-ci il tarixdə 46 600 manat dəyərində daha bir satınalma müqaviləsinə imza atılıb.
Eyni gündə kimyəvi reaktivlərin və mal materalın alınması üzrə elan olunmuş kotirovka sorğusunda isə “NİL-ELEKTRO” Məhdud Məsuliyyətli Cəmiyyətlə 21 590 manat dəyərində satınalma müqavilə bağlanılıb. Qeyd edək ki, kimyəvi reaktivlərin alınması üzrə kotirovka sorğusun qalibi olan bu MMC ilə Nəzarət İdarəsi ötən il otaqlarda cari təmir işləri və elmi tədqiqat işlərinin aparılması üçün 28704 manat məbləğində də müqavilə bağlayıbmış.Bağlanmış müqavilələrdən də göründüyü kimi Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri pozulub.
Tender Komissiyasinin satınalmalar zamanı ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır. Lakin 1 il əvvəl yaradılmış 4 manat nizamnamə kapitalı olan, başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC-lərin nə kimi maddi texniki bazası, kadr potensialı, analoji işlərdə təcrübəsi ola bilər?
Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına da şərait yaradır.
Barələrində heç bir məlumat olmayan, cəmi 4,10 manat nizamnamə kapitalı olan MMC-lərlə yüz min manatlıq satınalma müqavilələrinin bağlanılmasında Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsisinin rəisi Mahir Qasımovun və onun da rəisi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də rolu ola bilər. Axı Əhməd müəllimin əli hər yerə çatır. Elə çox güman ki, Səhmdar Cəmiyyətdə oliqarx kadrlarının sayını da bu yollarla artırır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
//aktualxeber.az//

Oxşar xəbərlər

Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır
Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır - İTTİHAM
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Kəndləri Kür  çayı basmır,  Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
Başqa qurumdan rüşvət üstə çıxarılanları Əhmədzadə vəzifəyə təyin edir
Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Zaqatalada COVID-19-u “məhv edən” icra başçısı koronavirusa yoluxdu - VİDEO
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır?
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Məmur oğlu Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma
Bir sıra şəhər və rayonda iş fəaliyyəti məhdudlaşdırılır
Müavin olmaq üçün 2 milyon vermişdi, amma başçını həbs etdilər
Əhmədzadənin subartezian biznesi
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Həftə sonları bu sahələr işləyəcək
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
TƏBİB-ə tabeli tibb müəssisələrində dəftərxana biznesinə kimlər nəzarət edir? - GƏLİŞMƏ
İlham Əliyev Şamaxıya pul ayırdı
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Humanitar yardıımı mənimsəyən icra başçısı
Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı - FOTO
Qaxın icra başçısından CƏNCƏLLİ AÇIQLAMALAR... - Səs yazısı...