Azərbaycan Prezidenti Ali Baş Komandanın rəhbərliyi altında davam edən 44 günlük İkinci Vətən Savaşı böyük qələbəmizlə başa çatdı. Dövlətimizin başçısı yaralı əsgərlərlə görüşləri zamanı, eyni zamanda əksər çıxışlarında bəyan etdi ki,şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstəriləcək. Hətta Cənab Prezident bununla bağlı olaraq konkret göstərişlər də verdi. Düzdür, ölkə üzrə şəhid ailələri və qazilər üçün dəstək proqramları həyata keçirilməyə başlayıb. Vətən Savaşından geri qayıdan qazilərimizə də sosial qayğı proqramları həyata keçirilir. Amma böyük təəssüf hissi ilə qeyd edək ki, bəzi rayonlarda bu proqramlardan, dövlətin qayğı və dəstək tədbirlərindən də pul qazanmaq həvəsinə, tamahına düşənlər var.
Gundeminfo.az-a Sabirabad rayonundan daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Məşğulluq Mərkəzinin işçiləri sözügedən rayonda şəhid ailələri və qazilərin mənzillərinə baş çəkirlər. Onların "Özünüməşğulluq proqramı" çərçivəsində öz təsərrüfatlarını qurmaq üçün təkliflər edirlər. Rayonun bir sıra kəndlərindən redaksiyamıza daxil olan məlumatlar sözün bütün mənalarında heyrətamizdir. Gundeminfo.az-a danişan şəhid və qazi ailələri bildirir ki, Məşğulluq İdarəsindən gələn əməkdaşlar hər ailə üçün 2 baş iribuynuzlu inək təklif edirlər. Bunun üçün ailədə 3 nəfərin işlə təmin edilməsi barədə razılıq ərizəsi də alınır. Nəticədə proqrama cəlb edilən ailənin bütün üzvləri işlə təmin edilmiş kimi rəsmi qeydiyyata alınır. Bura qədər hər şey gözəldir və bu məqamla bağlı heç kim narazı deyil. Lakin iş sənədləşməyə gələndə əsl fırıldaq üzə çıxır. Məlum olur ki, şəhid və qazi ailəsinə təklif edilən iki baş iribuynuzlu inəyin qiyməti 5000 manatdır. 500 azn isə inəklərə qulluq məqsədilə yem alınması üçün ayrılıb. Sənədlərdə inəklərin Rusiya mənşəli xüsusi sortlar olduğu yazılır. Bu məqamdan xəbərdar olan şəhid və qazi ailələri sənədi imzalamaqdan imtina edirlər. Çünki təqdim edilən inəklər xəstə, sısqa, qoca və balavermə imkanı olmayan heyvanlardır. Nəinki Rusiya heç Somali sortu da deyil. Ortada olan fakt ondan ibarətdir ki, artıq onlarla şəhid və qazi ailəsi onların aldadıldıqlarından, onlara imza atdırılaraq 5500 azn qarşılığında ailə üzvünün 3 nəfərinin guya işlə təmin edilməsindən imtina ediblər.
Güman edirik ki, şəhid və qazi ailələri üçün "Özünəməşğulluq proqramları" nın icrası zamanı şəhid və qazi ailələrinə fərdi təsərrüfatlarını yaratmaq üçün təqdim edilən heyvanların faktiki vəziyyətinə də diqqət ayrilacaq. Yoxsa ki, hansısa dəllaların araçılığı ilə Sabirabadın "mal bazarı"ndan alınan dəyəri 400 manat olmayan heyvanlar 5000 azn-ə rəsmiləşdirilərək şəhid və qazi ailələrinə satılmayacaq.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Sahil Babayevin işçiləri Sabirabadda BUNU DA ETDİLƏR... - ŞOK FIRILDAQ
30
dekabr
14:09

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama
Şəhid ailələrinə ödənişlər edildi
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Deputatdan vətəndaşlara çağırış
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Daha dörd rayonda şəhid ailələri və əlillərə ev verildi - FOTOLAR
DOST mərkəzinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradıldı
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Müharibə dövründə sarsıntı keçirən ailələrə psixoloji dəstək verilib
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Vətən müharibəsi qaziləri daim diqqət mərkəzindədi - Video
"Şəhid ailələri və qazilərə azad edilmiş ərazilərdə torpaq verilməlidir" - deputat
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi
Prezident şəhid ailələri ilə bağlı tapşırıq verdi
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTOLAR
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
- Lənkəranda evdən oğurluq edən şəxs həbs olundu
- Messi yenə birincidir - Siyahı
- Daha 200 hektaradək ərazi minalardan təmizlənib
- Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür - İLGİNC FAKTLAR
- Abituriyentlərin nəzərinə - İmtahan saatları dəyişdi
- Məşhur müğənni kosmetika firması yaratdı
- Təbiətə 158 min manatdan çox ziyan vuruldu - Cinayət işi başlandı
- Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… - Latın əlifbası ilə yaza-oxuya bilməyən məmurlar, icra başçıları, xalq artistləri…
- Benzema "Real"la vidalaşdı
- Vatikanın qorxduğu şeytanabənzər qadın - Bricit Bordo
- Tehranda anbar yandı - Yaralılar var
- İcra başçısının qudası Türk şərikinə qoşulub qaçdı... - Yaşa bax, başa bax, məhəbbətin gücünə bax...
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar