Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova koronavirusdan vəfat edib.
Gundelik-baku.com xəbər verir ki, ona bir neçə gün bundan əvvəl “COVID-19” diaqnozu qoyulub. Müalicə almasına baxmayaraq onun vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, F. Məmmədova Sumqayıtda məşhur gözəllik mərkəzinin rəhbəridir. O, ekspert kimi tez-tez verilişlərdə tamaşaçı qarşısına çıxıb.