“Azərbaycanda 13 min adamın virusdan öldüyü...” – İlqar Məmmədov
31-12-2020, 10:56
90

“Azərbaycanda 13 min adamın virusdan öldüyü...” – İlqar Məmmədov

“Koronavirusa qarşı kollektiv immunitetin yaranması üçün əhalinin heç olmasa yarısı virusa yoluxmalıdır. Elmi araşdırmalara əsasən, Azərbaycanda COVID-19-a yoluxan hər 1 milyon adamdan ən azı 2 730 nəfəri, ən çoxu isə 5 150 nəfəri ölməlidir”.
Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, elmi araşdırmanı əsas götürərək ölkədə artıq 1 milyon insanın virusa yoluxduğunu demək mümkündür:
“Operativ Qərargah deyir ki, Azərbaycanda indiyədək virusdan 2575 adam ölüb. Yuxarıdakı nisbət ilə bunu geri hesablasaq, ən azı yarım milyon, ən çoxu isə 1 milyon insan artıq virusa yoluxmuşdur:
2575 x 1000000 / 2730 = 943224
2575 x 1000000 / 5150 = 500000
Amma Operativ Qərargah yoluxanların sayını cəmi 217 min kimi göstərərək özü öz rəqəmlərinin elmi əsaslı olmadığını təsdiq edir. Yaranan vacib sual odur ki, Operativ Qərargah yoluxanların yarısından çoxunu, bəlkə də 80 faizini “görə” bilmirsə, onda o, ölənlərin neçə faizini görə bilir?
Sualın cavabını başqa rəsmi rəqəmlərdə axtaraq. Mart-oktyabr aylarında Azərbaycanda əvvəlki 5 ilin maksimum göstəriciləri ilə müqayisədə 4 845 nəfər daha çox adam ölüb.  Nəzərə alaq ki, 44 günlük müharibənin ilk 35 günü ərzində ölkə təxminən 2245 nəfər şəhid verib (2823x35/44=2245). Şəhidləri ümumi saydan çıxaq. Qalır 2600 nəfər. Onların demək olar hamısının COVID-19-a görə dünyasını dəyişməsi şübhəsizdir, çünki mart-oktyabr aylarında bu qədər əlavə ölüm sayı yaradacaq başqa amil yoxdur. Operativ Qərargah isə mart-oktyabrda cəmi 730 nəfər ölüb deyirdi”.
Siyasətçi Operativ Qərargahın yoluxma sayını 2-5 dəfə, ölüm sayını isə azı 3-5 dəfə daha kiçik göstərdiyini vurğulayıb:
“Təkcə noyabr və dekabr aylarında isə Operativ Qərargah 1 845 nəfərin öldüyünü deyir. Operativ Qərargahın ifşa etdiyimiz xüsusiyyətini nəzərə alaraq, bu rəqəmi də 5 dəfə artırmalı və toplam olaraq Azərbaycanda indiyədək 13 min adamın COVID-19-dan öldüyünü güman etməliyik:
2600+1300+9225=13125
İkinci abzasda göstərdiyim nisbətləri 13 minə tətbiq edəndə məlum olacaq ki, ölkəmizdə 2,5 - 4,8 milyon adam virusa yoluxub. Deməli, kollektiv immunitet Azərbaycanda artıq yaranmaq üzrədir, ya da yaranmışdır və xalqımız gərəksiz sərt karantinlərə baxmayaraq, virusa kütləvi şəkildə yoluxaraq ona artıq qalib gəlmişdir”.

Oxşar xəbərlər

Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı
Koronavirusa yoluxanların sayı 61 milyonu keçdi
Rusiyada son sutkada 569 nəfər koronavirusdan ölüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Rusiyada günlük yoluxma sayı artıb
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
İranda koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
REAL sədri hökumətə səsləndi: “Bu sərt karantinlər nəyə lazım idi?”
Rusiyada bir gündə 589 nəfər COVID-19-dan ölüb
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 43 nəfər öldü
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 41 nəfər öldü
Rusiyada daha 613 nəfər koronavirusdan öldü
Bir ölkədə 16 milyon yoluxma
Koronavirusa yoluxanların sayı kəskin artdı - GÜNÜN STATİSTİKASI
“COVID-19-a yoluxub sağalmış insan 90 günə virus yayır” - Rusiyanın Baş həkimi
İranda koronavirusa yoluxanların sayı 1 milyonu keçib
Azərbaycanda koronaya yoluxanların sayı 100-dən AŞAĞI DÜŞDÜ - STATİSTİKA
Rusiyada daha 160 nəfər pandemiyanın qurbanı oldu
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə ARTDI
Azərbaycanda koronavirusa yoluxanların sayı YENƏ ARTDI
Dünyada son sutkada 10 mindən çox insan koronavirusdan ölüb
Azərbaycanda koronavirusa yoluxanların sayı 1500-ə düşdü - STATİSTİKA
İranda koronavirusdan 461 nəfər ölüb
Koronavirusdan sağalan insan təkrar bu xəstəliyə yoluxa bilərmi?
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - Günün statistikası
Operativ Qərargah brifinq keçirir - CANLI (Yenilənib)
Bir gündə 12 minə yaxın şəxs koronavirusdan öldü