Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
31-12-2020, 15:19
194

Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 230 manatdan 350 manatadək və III dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 210 manatdan 300 manatadək artılıb.
20 Yanvar şəhidinin ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün də məbləği artırılıb.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək. Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.
Dövlət başçısı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilib. Daha əvvəl həmin aylıq təqaüdün məbləği 150 manat idi.
İlham Əliyev "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb.
Fərmana əsasən, həmin şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 300 manatdan 500 manata qədər artırılıb.
Prezident "Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərman da imzalayıb.
Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 210 manat müəyyən olunub.
İlham Əliyev Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.
Müəyyən edilib ki, təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
- 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;
- dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
Sərəncam və fərmanlar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Milli Qəhrəmanların təqaüdü artırılacaq - MƏBLƏĞ
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Karantini pozanlar daha böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda maskaya görə cərimələr artırıldı
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Əli Əsədovdan əliliyi olan şəxslərlə bağlı mühüm QƏRAR
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
İcbari tibbi sığorta haqları bu qaydada alınacaq
Karantin cərimələri artırıldı - MƏBLƏĞ
Müharibə əlillərinə minik avtomobilləri verilib
Kişilər və qadınlar üçün yeni pensiya yaşı MÜƏYYƏNLƏŞDİ
Yanvar ayının hava proqnozu açıqlandı
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
“Ən böhranlı ay dekabr və yanvar ayı olacaq” – Virus hamının qapısını döyür