Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
31-12-2020, 16:08
191

Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildiriilib ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Bildirilib ki, fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq:
I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata,
II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata,
III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırılıb.
Nazirlikdən bildirilib ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
"Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı.
İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsi də cənab Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu.
İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı.
Eyni zamanda bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir.
Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək.
Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir", məlumatda qeyd olunub.
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi

Oxşar xəbərlər

Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Müharibə əlillərinə minik avtomobilləri verilib
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələrinə ödənişlər edildi
DOST mərkəzinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTOLAR
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - RƏSMİ
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTOLAR
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Deputatdan vətəndaşlara çağırış
Daha dörd rayonda şəhid ailələri və əlillərə ev verildi - FOTOLAR
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO