Hotellərdəki təmtəraqlı bayram təklifləri kimlər üçündür?
31-12-2020, 16:19
103

Hotellərdəki təmtəraqlı bayram təklifləri kimlər üçündür?

Ölkədə hökm sürən sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, müxtəlif hotel şəbəkələri Yeni il münasibətilə xüsusi endirimli paketlər təklif edirlər. Qiymətləri müxtəlif olan bu paketlər xüsusilə 31 dekabr – 1 yanvar tarixlərini əhatə edir.
“BakuPost” bu qəbildən olan bir sıra hotellərdəki vəziyyəti təqdim edir:
Qəbələdə yerləşən “Qafqaz Tufandag Hotel”ində 3 gün/2 gecə gecələmə, səhər yeməyi və şam yeməyi daxil 960 manatdan başlayan qiymətlərlə təklif olunur. Bundan başqa, qiymətə spa, qapalı hovuz (seçilən hoteldən asılı olaraq), fitness zalından istifadə daxildir. Hoteldə bayram münasibətilə şou proqram nəzərdə tutulmayıb.
Lənkərandakı yerləşən “Lankaran Springs Wellness Resort” hotelində də bayramla əlaqədar xüsusi kampaniya var. Burada 31 dekabrdan 2 yanvara kimi iki nəfərlik otağın qiyməti 690 manatdır. Bu qiymətə gündə 3 dəfə qidalanma, bayram gününə özəl süfrə, alkoqollu və alkoqolsuz içkilər, SPA xidmətləri - türk hamamı, hovuz, sauna, idman zalı daxildir. Hotelin restoranı işləsə də, burda şou proqramın təşkili nəzərdə tutulmayıb.

Şamaxıda yerləşən “Shamaxi palace” hoteldə də bayram günləri üçün xüsusi paket hazırlanıb. 31 dekabr – 2 yanvar aralığında iki gecəlik 564 manatdan başlayır. Qiymətə yalnız səhər yeməyi və SPA xidmətləri daxildir. Şou proqramı burada da olmayacaq.
Pandemiya ilə bağlı bir çox rayon və şəhərlərə giriş-çıxışa məhdudiyyət qoyulub. İndi sual yaranır ki, hotellər təklifləri, kampaniyaları kimlər üçün nəzərdə tutublar? Bron edilən yerlər kimlərindir? Hətta, Daxili İşlər Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həftəsonu və bayramqabağı ezamiyyə vərəqiylə ailə üzvləriylə birgə rayonlara axın edən şəxslərə xəbərdarlıq edib. Bildirilir ki, həmin şəxslər məlumatlarının icaze.e-gov.az portalına daxil edilməsinə baxmayaraq, ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən ərazilərin sərhədlərindəki karantin postlarından buraxılmayacaqlar.
Mövcud vəziyyətlə bağlı “BakuPost”a danışan “Smart Hotel Menecment” şirkətinin direktoru, Skal Turizm Peşəkarları Assosasiyasının prezidenti Ceyhun Aşurov bildirdi ki, hotellər, adətən, bayramqabağı, xüsusi günlərdə, yaxud həftə sonları təşviq məqsədli bu cür kampaniyalar keçirirlər:
“Xüsusən Yeni il və Novruz bayramları ərəfəsində maraqlı kampaniyalar, müxtəlif paketlər hazırlanır ki, müştəriləri daha çox cəlb etsinlər. Regiondakı hotellər də bu məqsədlə xüsusi təkliflər irəli sürmüşdülər. Lakin son hadisələr, müəyyən məhdudiyyətlərin tətbiqi bu məsələdə müxtəlif suallar yaratdı. Nazirlər Kabinetinin yeni qərarı ilə şənliyin, bayramın keçirilməsi, kütləvi yığışmanı təmin edən tədbirlərin olması qadağan edildi. Əks təqdirdə həmin təşkilatçıların cərimələnəcəyi vurğulandı. Hotellərə daxil olan şəxslərin temperaturlarının ölçülməsinə, müxtəlif sanitar gigiyenik ön tədbirlər alınmasına baxmayaraq, belə tədbirlərin keçirilməsi qadağandır. Bundan başqa, Daxili İşlər Nazirliyi də xəbərdarlıq yaydı. İnsanlar iş ezamiyyəti adı ilə də rayonlara gedə bilməyəcəklər. Bu baxımdan hesab edirəm ki, hotellərin təklif etdiyi kampaniyalar özünü tam doğrultmayacaq. Müxtəlif rezervlər var idi. Ancaq indiki halda hotellərin dolululuq məsələsi sual altında qalır. Böyük ehtimalla həmin şəxslər rezervi ya geri qaytaracaq, ya da ünvana gedə bilməyəcəklər”.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə bu il dekabrın 14-dən 2021-ci il 18 yanvaradək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Yalnız Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən fəaliyyət sahələrində çalışan şəxslər xidməti vəsiqə əsasında icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

Oxşar xəbərlər

Evdə keçirə bilmədiyimiz bayramı oteldəkilər təmtəraqla QEYD EDƏCƏK
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Qarabağ qazilərinin qələbə sevinci (VİDEO)
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandır
Bayram günləri karantin qaydalarını pozanlar cəzalanacaqlar
Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?
Zəfər günü rəsmən bayram siyahısına DAXİL EDİLDİ
Polislər bayram günü münasibətilə yaralı əsgərlərə baş çəkdilər
Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırıldı
Bu ərazilərdə bayram yarmarkası keçiriləcək
Bayram Səfərovun vaxtı çatdı: Yola salınır
Tbilisidə Şuşanın azad edilməsi qeyd olunub
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
8 noyabr qeyri-iş günü olacaq
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
Amin Musayev və Bayram Kərimov da evə buraxıldı
Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir?
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
“Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib
“Həm işsizlik artacaq, həm də əksəriyyət taksi xidmətlərindən istifadə edə bilməyəcək” - BNA-nın təklifinə reaksiya
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Azərbaycanda üç dildə danışa bilən tutuquşu fantastik qiymətə satılır - FOTO
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
"Bayram Səfərov əraziləri işğal edib!"
Bəzi dərmanların qiyməti bahalaşıb - NAZİRLİKDƏN AÇIQLAMA
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib