2020-ci ildə itirdiyimiz sənət adamları - FOTO
1-01-2021, 12:52
210

2020-ci ildə itirdiyimiz sənət adamları - FOTO

Bəlkə də 2020 – ci il qədər qarışıq hisslərlə yaşadığımız başqa bir olmayıb... dünya olaraq virusla mübarizə apardıq, sıxıntılarla yaşadıq, sevdiklərimizi itirdik... sonra ölkə olaraq, illərdir həsrətində olduğumuz torpaqlarımızın azadlığı üçün başlayan 44 günlük müharibədə birlikdə həm ağladıq, həm də sevindik...

Təəssüf ki, 2020 Azərbaycan İncəsənəti üçün də uğurlu olmadı... yeni - yeni film çəkilişləri, tamaşalar, festifallar, qastrollar hər birisi gözləmədə qaldı...

2020 –ci ildə Azərbaycan Mədəniyyəti yenə də itirdi - Teymur Mustafayev, Mayis Ağabəyov, Etibar Babayev, İsmayıl Dadaşov, Etibar Qasımbəyli, Sabir Ələsgərov, Kamil Məmmədov...

“Azərbaycan kinosu” səhifəsi 2020-ci ildə həyatdan köçən sənətkarların siyahısını hazırlayıb.

29 Fevral – Azərbaycanın kino və teatr aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayan Ağaxan Salmanlı “Ordan – burdan” tamaşasında yaratdığı Bayram bəy obrazı ilə yaddaşlarımızda qalıb...

12 Mart – aktyor, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Zeynalov vəfat edib. Adil Zeynalov “Qətl günü”, “40-cı qapı”, “Durnalar qayıtdı” filmlərində və “Susmuş vicdan” serialında çəkilib...

16 Mart – görkəmli sənətkarımız Rəfael Dadaşov vəfat edib. Rəfael Dadaşov uzun müddət ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyindən müalicə olunurdu...

16 Aprel – Xalq artisti, kino və teatr aktyoru, rejissor Rafiq Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib...

8 May – Azərbaycan kinosunun Gülnazı – aktrisa, diktor və Mədəniyyət Xadimi Tamara Gözəlova vəfat edib. Aktrisa uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib...

5 İyul – Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov vəfat edib. Qeyd edək ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi...

23 İyul – Azərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib...

2 Noyabr – Gənc aktyor Samir Qəfərli Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən şəhidimiz “Ata ocağı” serialında çəkilib...

20 Noyabr – Əməkdar artist Rəşid Səməndər vəfat edib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olan Rəşid Səməndər özünü binadan ataraq intihar edib...

24 Noyabr – Azərbaycanın dəyərli kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidov vəfat edib. Aktyor insult keçirmişdi, xəstəxanada müalicə alırdı. Əjdər Həmidov “Kişi sözü” filmində yaratdığı Qasım obrazı ilə də yaddaşlarımızda qalıb...

26 Noyabr – kino və teatr aktyoru, Əməkdar artist İbrahim Əliyev ürək çatışmazlığından vəfat edib. İbrahim Əliyev “Əmək və qızılgül”, “Qətl günü” “Güllələnmə təxirə salınır!” filmlərində çəkilmişdi...

20 Dekabr – Azərbaycanın Əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov vəfat edib. Aktyor ürək çatışmazlığından əziyyət çəkirdi. Atabala Səfərov “Evləri köndələn yar” tamaşasında yaratdığı Ləzgi bərbər obrazı ilə həmişə yaddaşlarımızda qalacaq...

21 Dekabr – İlk Bahar qızımız, Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova vəfat edib...

26 Dekabr – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib. Aktrisa uzun müddət xəstəlikdən əziyyət çəkib...

31 Dekabr – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib. Aktyor uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirdi! Ağaxan Şərifov "Nə gözəldir bu dünya...”, "Əlavə təsir”, "Yazıçı” kimi filmlərdə çəkilmişdi...

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

Xalq artisti vəfat etdi
“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
Azərbaycanın Əməkdar artisti vəfat etdi (FOTO)
Azərbaycanda Xalq artisti koronavirusdan öldü
Səfurə İbrahimova dəfn edildi
Xalq artisti vəfat etdi
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Əməkdar artist Almaz Mustafayeva vəfat etdi
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
"Kurtlar vadisi"nin sevilən aktyoru vəfat etdi
Aktyor Rəşid Səməndər intihar edib
Azərbaycanda tanınmış aktyor öldü - Foto
Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb
Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Heydər Əliyev Sarayına direktor təyin olundu (FOTO)
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
Prezident Baş Prokurorluğun bir qrup əməkdaşını təltif etdi
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
Azərbaycan əsilli fransız aktyor koronavirusdan öldü
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
Tarixdə iz qoyanlar: Hüseynova bacılarından biri… - VİDEO
Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
“Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib?” -  “Nezavisimaya qazeta”
YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı
Klublararası dünya çempionatının keçiriləcəyi ölkə bilindi - Yeni formatda
Mədəniyyət Nazirliyində kadr təyinatı
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi