Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edildi
2-01-2021, 09:34
112

Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edildi

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 2-də  səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə birinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə  19-cu dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.  
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.    
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha   çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Oxşar xəbərlər

Bakı küçələrində növbəti dezinfeksiya işləri aparılır
Paytaxt sakinlərinə xəbərdarlıq: Bu gün küçəyə çıxmayın!
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir - FOTO
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Paytaxt sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın - RƏSMİ
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir
Bakıda 551 küçə dezinfeksiya edildi
Bakıda 550 küçə dezinfeksiya edilib
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah paytaxt küçələrinə çıxmamaq məsləhətdir...
Bakıda bu gün növbəti dezinfeksiya işləri aparılacaq
Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə XƏBƏRDARLIQ
Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur - Diqqət!
Paytaxt sakinlərinin DİQQƏTİNƏ: bu tarixdə küçəyə çıxmayın
İki gün küçəyə çıxmamaq tövsiyə edilir
Paytaxtda təmizlik-dezinfeksiya işləri aparılıb
Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın
Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib - Video
Bakıda qış hazırlıqları - Foto
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir
Bu il Bakıda Yeni il yolkası qurulmayacaq? - Rəsmi açıqlama