"Son dəqiqələrində anamın yanında ola bilmədim" - Bəhram Bağırzadə
2-01-2021, 11:21
142

"Son dəqiqələrində anamın yanında ola bilmədim" - Bəhram Bağırzadə

Xəbər verdiyimiz kimi ötən gün Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Bağırzadə koronavirusdan dünyasını dəyişib.
Əməkdar artist anasının vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Bu gün anamı itirdim... Koronavirus daha bir can aldı... Ancaq inanıram ki, o, ən yaxşı dünyadadır, çünki anam çox ləyaqətli bir həyat sürdü. Və uca Allahın qarşısında borcunu yerinə yetirdi - anam çox gözəl bir övlad, həyat yoldaşı, bacım və mənim üçün ən yaxşı ana idi və çox imanlı bir insan idi... “
Bəhram Bağırzadə böyük təəssüflə son günlərində anasının yanında ola bilmədiyini qeyd edib:
“Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim. Amma bilirəm ki, o, ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyirdi... Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada ananın duasından güclü bir şey yoxdur...
Allah rəhmət eləsin ... Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın... “
Xatırladaq ki, Bəhram Bağırzadə bir neçə gün öncə sosial şəbəkədə anasının komaya düşdüyünü, bunun üçün təcili qan lazım olduğunu bildirmiş, kömək üçün çağırış etmişdi.

Oxşar xəbərlər

Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından açıqlama
Bəhram Bağırzadəyə ağır itki - Foto
“Bir malım vardı, satıb anamı müalicə elətdirdik” + Video
Bəhram Bağırzadənin SON DURUMU - AÇIQLAMA
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
"Xəstəxanadan çıxarkən bir daha başa düşdüm ki, Allahı güldürmək istəyirsinizsə..."
Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“
Əməkdar artist vəfat etdi
Xərçənglə mübarizə aparan “Toppuş bacı“nın SON HALI
“Ona heç vaxt halallıq verməyəcəm“ - Əməkdar artist
Kamil Zeynallı evini 200 min manata satır - Səbəb?
“Xəstəxanada koronavirusdan vəfat edən ərimin telefonu qaytarılmır”
Yetim Eyvazın oğlu cinsini dəyişib qadın oldu - Video
Deputat anasının məzarı önündə: “Bir sığalına möhtacam...”
Əməkdar artistin ailəsində koronavirus xofu
Mətanət İsgəndərlinin ailəsində qalmaqal - Oğlu boşanıb, gəlini isə...
Əməkdar artistin oğlu cəbhəyə yollandı
“Həyat yoldaşım minaya düşüb kömür kimi yanmışdı“ - Gülüstan Əliyeva
Bir yaşında ermənilərə əsir düşən qızın diplomatlara dediyi dəhşətli sözlər (FOTO)
Tahir Salahovun xanımı dünyasını dəyişdi
Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı
Millimizin baş məşqçisinin atası və bacısı koronavirusdan öldü - FOTOLAR
Gəlini Mətanət İsgəndərlini yıxdı-sürüdü: “Saxtakar, özü üçün yaşayan...“
“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ - Əməkdar artist
Karonovirusdan ölmüş anasının yanında 16 saat keçirən uşaq
Əməkdar artistin səhhəti pisləşib
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradıldı
Həmkarının öldüyünü canlı yayımda eşidən aktrisa bu hala düşdü - Video
Nailə İslamzadə Xalq artistindən yazdı: “Gözəl qadınların bəxti olmur“