General-mayor Polad Həşimovun məzarı ziyarət edildi
2-01-2021, 16:35
225

General-mayor Polad Həşimovun məzarı ziyarət edildi

Yanvarın 2-də Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edərək ehtiramlarını bildirib.
Gundelik-baku.com  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, P.Həşimov 45 il əvvəl Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində çıxış edən polkovnik Aydın Əyyubov Müdafiə Nazirliyinin rəhbərliyi adından bir daha şəhidin ailəsinə başsağlığı verib və Polad kimi oğulların ölməzliyini, əbədiliyini bir daha vurğulayıb.
Şəhidin qardaşı İlham Həşimov Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhidin məzarı önünə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub, dualar oxunub və Azərbaycan əsgərinin hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqları vurğulanıb.

Oxşar xəbərlər

Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Kamil Zeynallı Polad Həşimovun övladları ilə birgə: Qınayacaqlar ki, niyə gülürsünüz? - FOTO
Polad Həşimovun anası Prezidentə təşəkkür etdi - Video
Prezident onlara general rütbəsi verdi
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
“Milli Qəhrəman” adı verilənlərə Prezidentin aylıq təqaüdü təyin edildi
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Sağ qalan Milli Qəhrəmanlar kimlərdir? - SİYAHI, FOTO
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Təltif edilməyən generallar - SİYAHI
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
Qələbə paradının aparıcısı bəlli oldu - FOTO
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
General Polad Həşimov Rusiyanın sayəsində vurulub – Bir şəhadətin gizlinləri
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid - VİDEO
Polad Həşimovun adından pul yığanlar ifşa olundu
Zakir Həsənov Çinə gedəcək
Polad Həşimovla bağlı film çəkilir
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi