Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
28-04-2020, 15:18
176

Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət

Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev rayonda qanunsuz kadr dəyişiklikləri aparır, adamlar arasında ayrı seçkilik qoyur, - bunu Gədəbəy rayon Ərtəpə İƏD-nin icra nümayənsinin keçmiş müavini Elşən Məmmədov Anews.az-ın elektron poçtuna göndərdiyi video müraciətində bildirir.

Onun sözlərinə görə, 19 il dövlət qulluğunda qüsursuz xidməti olmasına baxmayraq, sadə əsaslarla vəzifədən kənarlaşdırılıb.

" 1972-cu ildə Gədəbəy rayon Zəhmət kəndində anadan olmuşam. Əmək fəaliyyətinə anadan olduğum kənddə başlamışam. 1999-2001-ci illərdə Zəhmət kənd icra nümayəndəliyində kassir vəzifəsində çalışmışam. 2001-2014-cü illərdə həmin nümayəndəliyin rəhbərinin müavin işləmişəm. 2014-2019-cü illərdə Gədəbəy rayon Ərtəpə icra nümayəndəsinin müavini təyin olunmuşam. 2019-cu ildə Gədəbəy rayon icra hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi"nin müdiri Nizaməddin Qılıcovun rəhbərliyi ilə kənd icra nümayəndəliklərinin "Şura iclas"ı keçirildi. "Şura iclas"ından sonra Qılıcovun təqdimatı əsasında İbrahim Mustafayev məni işdən azad etdi. İşdən azad olunmağımın səbəbi kimi işə mütəmadi getmədiyimi göstərdilər. Düzdür işə daim getmək olmur. Çünki yaşadığım kəndlə işlədiyim kənd arasında məsafə çoxdu. Kəndlər arası ictimai nəqliyyat yoxdur. Şəxsi maşınla hər gün işə getsəm, maaşım yanacağı qarşılamaz. Buna rəğmən, işlədiyim dönəmdə işimdə heç bir nöqsan və geriləmə olmayıb. Əgər işə mütəmadi getməməyə görə, işdən azad olunuramsa, bəs digər kəndlərdə işə getməyənləri niyə vəzifədə saxlayıblar? İbrahim Mustafayev Samanlıq kənd icra nümayəndəsini işdən azad etdi, onun yerinə tələbə yoldaşını təyin etdi. Samanlıq kənd icra nümayəndəsini isə Düzyurd kənd icra nümayəndəliyinə baş məsləhətçi göndərdi. Dəyəqarabulaq kənd icra nümayəndəliyinin baş məsləhətçisi Miskinli kəndindəndir. Parakənd kənd icra mümayəndəliyinin baş məsləhətçisi Səbətkeçməz kəndindəndir. Qeyd etdim ki, həmin şəxslərin yaşadığı kəndlə işlədiyi kənd arasındakı məsafə 40-60 km arasıdır. Kəndlər arasında marşurt olmadığına görə, həmin yolu şəxsi maşınları ilə getməyə məcburdular. Həmin şəxslər hər gün işə getsə, maaşları onların yol haqqını ödəməz. Təbii ki, onlar işə nadir hallarda gedirlər. İcra başçısı bütün bunlara göz yumur. Çünki, onlar həmin vəzifələrə icra başçısına müəyyən məbləğ verməklə təyin olunub. İcra başçının rüşvət əməliyyatlarını isə Nizaməddin Qılıcov yerinə yetirir" - deyə Məmmədov bildirir.

O, həmçinin diqqəti digər qanunsuzluqlara da yönəldir. "İcra başçısının rüşvət işlərini yerinə yetirən Nizaməddin Qılıcov hərbi xidmətdə olmayıb. Gəncədə yerləşən hərbi hissələrin birindən saxta möhürlü hərbi bilet alıb. Hətta, 2016-ci ildə N.Qılıcov keçmiş icra başçısı Ramiz Yediyarovla birlikdə xeyli sayda vəzifəli şəxsələrə saxta veteranlıq kitabçası satıblar. Veteranlıq alan həmin vəzifəli şəxslər əmək haqqından tutulan gəlir vergisindən azad olundular və büdcədən ayda 80 manat vəsait alırlar. Bu yolla saxtakarlığa və dövlət büdcəsinə ziyan vurmağa nail oldular. Bundan başqa, İbrahim Mustafayevin Ərtəpə İƏD-ə icra nümayəndəliyinə müavin təyin etdiyi şəxsin diplomu saxtadır. Diplomun saxtalığı barədə məhkəmə qərarı var. Cənab prezident gənc kadrları vəzifəyə təyin etdiyi təqdirdə, Gədəbəy rayon Təhsil Şöbə müdiriliyindən 65 yaşla əlaqədar təqaüdə göndərilmiş 69 yaşlı Baxış Nağıyevi İbrahim Mustafayev Gədəbəy rayon Qaradağ kəndinə icra nümayəndəsi təyin etdi"-, deyə Məmmədov əlavə edir.

Elşən Məmmədov işlə təmin olunmasını tələb edir. Evində xəstə olduğuna, iki övladının ödənişli ali təhsil almasına və bank kreditinin olmasına görə, ölkə prezidentindən və vitse-prezidentdən işlə təminatına yardımçı olmalarını istəyir.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətindən hər hansı münasibət ala bilmədik. Buna baxmayaraq istənilən zaman qarşı tərəfi dinləməyə və münasibətini tam həcmdə nəşr etməyə hazır olduğumuzu bildiririk.

Vətəndaşın şikayəti ilə bağlı daha ətraflı video materialda:


Oxşar xəbərlər

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Saatlıya təyin olunan icra başçısı kimdir?
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur
Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR
“ONUN İŞİ-GÜCÜ OĞRAŞLIQDI!..” - Gədəbəyin “komxoz” direktoru ondan şikayət edən zibilyığana qəzəbləndi
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İcra başçısı məhkəməyə verildi
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Gədəbəydə 2,1 ton narkotik məhv edildi
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
İcra başçısı özünə birinci müavin təyin etdi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...