"Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki..." - Gözünü itirmiş Qazimizdən ETİRAZ
4-01-2021, 12:14
86

"Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki..." - Gözünü itirmiş Qazimizdən ETİRAZ

Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də MAXE Kənan Məhərrəm oğlu Lələyevdir. K.Lələyev Ağstafanın Qaçaq Kərəm kəndində yaşayır və Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və sol gözünü itirib.

Döyüşçümüz hələ ki, müalicələrinin davam etdiyini bildirib:

“Mən kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirəm. Sentyabrın 21-dən biz artıq Daşkəsənə gəldik. Sentyabrın 27-dən isə Murovdağı və Kəlbəcər istiqamətində əməliyyatlarımız oldu. Daha sonra isə Şuşa şəhəri istiqamətində əməliyyatlara başladıq. Noyabrın 3-də yaralı döyüşçü yoldaşımı döyüş meydanından çıxararkən düşmənin minaatandan atəş açması nəticəsində ağır yaralandım. Qəlpə sol gözümü çıxardı, sifətim çox pis vəziyyətə düşdü. Bundan başqa başıma və kürəyimə qəlpələr dəydi. Daha sonra döyüşçü yoldaşlarım məni ərazidən təxliyyə etdilər. Biz ailədə üç qardaşıq və böyük mənəm. Məndən kiçik qardaşım da Xocavəndədir, əsgəri xidmətini artıq başa vurub”.

Qazimiz rayon rəhbərliyinin ona qarşı olan biganəliyindən gileylənib:

“Dekabrın 19-dən xəstəxanadan evə buraxılmışam. Amma Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki, necəsən, yaxud müalicələrin necə gedir? Bunlar hara baxırlar, niyə maraqlanmırlar? Mənim şəxsən elə dərmanım var ki, onu almağa maddi imkanım yoxdur. Hazırda müalicələrim davam edir və iki aydan sonra yenidən əməliyyat olunacam. Gözümə şüşə göz qoyulacaq və bədənimdə olan qəlpələr çıxarılacaq”.
//Moderator.az//

Oxşar xəbərlər

Yaralı qazilərdən etiraz: - “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
"Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər" - Yaralı hərbçimiz
Vətən müharibəsində onlarla düşmən əsgərini məhv edən qəhrəman şəhidimiz - FOTO
“Şuşaya meşə yolu ilə 15-16 saat dayanmadan…” - Video
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
Qol saatını anasına göndərən şəhid əsgər
Düşmənə öldürücü zərbələr vuran Hikmət: "Erməni hərbi hissəsinə girdik..." (VİDEO)
300-dən çox düşməni məhv edən igid qəhrəmanımız (VİDEO)
Çoban Xanışın şəhid nəvələri - Foto
Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi (VİDEO)
Alınmaz qalanın mətin komandiri!
Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən igidimiz (VİDEO)
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov
Qazimiz niyə müalicə olunmur?
Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - Video
Ermənilər Şuşanı itirdiklərin etiraf etdi
Şəhid anası qızıyla damın altında tək qalıb - “Deputatımız bircə dəfə də...“
Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid - VİDEO
Ordumuzdan düşmənin kəşfiyyat taboruna AĞIR ZƏRBƏ
Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO
Ürəyindən yaralanan qazimiz Bakıya gətirilib
Qazi: "Vətən müharibəsi yaralanmağımdan 9 saat sonra qələbəylə bitti"
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
Komadan ayılmayan baş leytenantımız şəhid oldu - FOTO
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!
“Meşə qan gölünə dönmüşdü”: Qəhrəman qazinin son döyüşü - Video