Xalq artisti Röya Ayxan Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin ölümü ilə bağlı paylaşım edib.
O, bəstəkarın xərçəngdən əziyyət çəkməsi xəbərinin yalan olduğunu bildirib:
“Nailə xanım infarkt keçirib, xərçəngdən ölməyib. Bax, siz belə yazı yazırsınız, necə ki, məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən adam kimi təqdim etdiniz. Amma mən içimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqiramiz söz demişəm. Əgər evimdəki rəqsim sizi narahat etdisə, o zaman 31-i gecə kanallarda içi mən qarışıq rəqs edən, qələbəni qeyd edən bütün ulduzlara və kanallara söz deyərdiniz! Yox, əgər siz məndə səhv axtarırsınızsa, əvvəlcə özünüzə baxın. Adamı özündən çıxartmayın! Sizin əsəbdən getdi bu qadın, amma məni öldürməyə gücünüz çatmaz!”
Qeyd edək ki, Xalq artistinin yeni il gecəsi rəqs edərək sosial şəbəkədə paylaşması xalqı qəzəbləndirib.
İzləyicilər əslən Ağdamdan olan Röya haqqında “o, Xalq artisti yox, xalqın düşmənidir. Aiddiyyatı qurumlardan Röyanın cəzalandırılmasını və ölkədən qovulmasını tələb edirik” – deyə qeyd ediblər.