44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu da var.
Sadiq Məmmədov 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda "N" saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.
2016-cı il aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
Qəhrəmanın həyat yoldaşı Pərvanə Məmmədova, anası Səadət Məmmədova və atası Sadəddin Məmmədov Sadiqin vətəninə, dövlətinə və işinə bağlı olduğunu bildirir, onunla hər zaman fəxr etdiklərini qeyd edirlər.
39 yaşlı Sadiq Məmmədov 26 oktyabr tarixində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı ondan yadigar qalıb.
Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni və "Vətən uğrunda"medalı ilə təltif edilib. (Report)
Allah rəhmət eləsin!
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
05
yanvar
11:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Xocavənddə yaralı yoldaşlarını xilas etmiş qəhrəman - Video
Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO
Şuşa fatehi Hikmət Mirzəyev... - FOTO, VİDEO
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə QAYITDI
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Son gülləsini özünə vuran polkovnik-leytenant - Fotolar
Prezident onlara general rütbəsi verdi
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...
Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO
2000 manat təqaüd alacaq qəhrəmanların siyahısı
Anasının doğum günündə şəhid olan “Hadrut Fatehi“ - Video
Rus sülhməramlıların komandanı general Muradov barədə - MARAQLI FAKTLAR
Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)
Xudayar Yusifzadənin adı şəhid idmançılar SİYAHISINDA
- "Aİ Ukraynaya sülhməramlılar göndərəcək" - Orban
- Yaponiya bu malların Rusiyaya ixracına qadağa qoydu
- 31 evdən 36 min manatlıq oğurluq etdilər
- 2023-cü ildə ən çox qoyulan adlar – Siyahı
- Ermənistanda Təhlükəsizlik Akademiyasının binası YANIR
- "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir" - RƏSMİ AÇIQLAMA
- İsmayıllıda aptekdə nöqsanlar aşkarlandı
- Gəlin keçmiş sevgililərinin hamısını toyuna dəvət etdi - Fotolar
- Deputat Hindistan parlamentinin iclasında əxlaqsız video izlədi - FOTO/VİDEO
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- DƏHŞƏT! Hərbçi nişanlısının yanında öldü - Azərbaycanda FACİƏ (FOTO)
- Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü