"Müğənnilərimizi təhqir etməyə çalışmayın. Röya xanım evində oynayırsa, evində deyib-gülürsə, niyə təhqir edirsiz? Nə etməlidir?”
Bu sözləri Moskvada konsert verdiyi üçün günlərdir tənqid edilən müğənni Şəbnəm Tovuzlu deyib.
Sosial şəbəkə hesabında Xalq artisti Röya Ayxanın müdafiəsinə qalxan Şəbnəm onun xeyriyyə işlərini xatırladıb:
 “Röya xanım bir kasıba et tikdirəndə, ev alıb verəndə, bir yaşlı nənəyə ev tikdirəndə yazdınız heç? Onunla yaxın olmasam da, necə insan olduğunu bilirəm".