“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-da biznes qurmasından danışdı
5-01-2021, 14:07
116

“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-da biznes qurmasından danışdı

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ölkəni tərk edərək ABŞ-a sığınması ötən həftənin ən çox müzakirə edilən mövzularından oldu.

Həmin məlumatlarda iddia edilir ki, Şamxal Həsənli artıq Azərbaycandakı biznes müəssisələrini satışa çıxarıb və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır. Məlumatlı mənbə iddia edib ki, Şamxal Həsənli atasının FETO-çu dostlarının köməyi ilə ABŞ-a köçüb və orada daşınmaz əmlak biznesinə başlayıb.

Sfera.az xatırladır ki, Əli Həsənovun özü də xeyli müddətdir, müalicə bəhanəsi ilə Azərbaycanı tərk edib və görünən odur ki, hələ də geri dönmək niyyətində deyil. Sorağı sonuncu dəfə Birləşmiş Ərəb Əmirliyindən gələn Əli Həsənov həmin vaxt yaxın günlərdə ölkəyə dönəcəyini açıqlasa da nədənsə həmin "yaxın gün” gəlib çatmaq bilmir. Bütün bunlar isə Əli Həsənovun Azərbaycanda sahibləndiyi geniş biznes şəbəkəsini tədricən xaricə köçürmək niyyətindən xəbər verir.

Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, klinika, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır.

Mövzu ilə bağlı əməkdaşımızın suallarını cavablandıran tanınmış vəkil Aslan İsmayılov hesab edir ki, Əli Həsənovun işləkləri ilə bağlı susqunluq onu təəccübləndirir:

"Bu şəxsin bir çox cinayətləri var ki, hakimiyyətdə olan bəzi yüksək rütbəli məmurlar nədənsə bu haqda susur. Belə təəssürat yaranır ki, sanki bu gün hakimiyyətdə olanların əksəriyyəti də elə Əli Həsənovun davamçılarıdır. Baş verənlərlə bağlı çox təəssüf edirəm”.

Aslan İsmayılov düşünür ki, iddialarla bağlı araşdırmalar aparılmalıdır: "Bəlkə bu gün Əli Həsənovun vəzifəsini icra edənlərin gözü kölgəlidir, ona görə də onunla bağlı susmağa üstünlük verirlər?”

Oxşar xəbərlər

SON DƏQİQƏ! Əli Həsənovun oğlu QIZIL UNİTAZını və bütün sərvətini götürüb ABŞ-a qaçdı (FOTO)
“İllərlə büdcəni taladılar və heç birinin yetimçəsi cəbhəyə getmədi...” - Aparıcıdan sitəm
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Əli Həsənovun Bakıdakı buyruqqulusu kimdir? - İDDİA
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Əli Həsənov şantaja keçir: Siyasi alver
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Əli Həsənov "Klivlend"də müalicə olunur
PA-nın keçmiş şöbə müdiri həbsə gedir... - GƏLİŞMƏ
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
Əli Həsənov mediadan birdəfəlik gedir
Əli Həsənovun qırmızı yalanı
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Daha bir media Əli Həsənovdan alındı
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Onların vəzifədən azad edilməsinin səbəbi açıqlanıb
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Ərdoğanın Bakı səfərinə saatlar qalmış ilginc gəlişmə: Səfir niyə yola salındı?
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
“Tolik Şamxal Həsənovun səviyyəsində olan adamdır” - Deputatdan qazimizin təhqir edilməsinə reaksiya
Eldar Həsənov özünə yeni vəkil tutdu
Əli Həsənov tapıldı