Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?
29-04-2020, 15:30
178

Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?

Fərdi müdafiə vasitələrindən istifadə qaydalarına görə, tənəffüs yollarını qoruyan vasitələr, eləcə də tibb işçiləri üçün təyin edilən xüsusi geyimlər dörd saatdan bir dəyişdirilməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.
Qeyd olunub ki, istifadə olunmuş materialları təyin olunmuş qaydada zərərsizləşdirmək, iş səthlərinin və xəstənin bioloji mayelərinin dezinfeksiyasını tərkibində xlor olan vasitələrlə aparmaq lazımdır.
Belə ki, xəstəxananın tibbi heyəti tibbi maskaları hər dörd saatdan bir, sutka ərzində altı ədəd, xəstələr hər iki saatdan bir, sutka ərzində 12 ədəd dəyişdirməlidirlər. Həmçinin bildirilir ki, laboratoriya personalı respiratorları (N95, FFP-3) hər dörd saatdan bir, iş günü ərzində iki ədəd, xəstələrlə sıx təmasda olan tibb heyəti respiratorları (N95, FFP-3) hər iki saatdan bir, sutka ərzində 12 ədəd olmaqla tənəffüs yollarını qoruyan vasitələri dəyişdirməlidirlər.
Tibb işçiləri üçün xüsusi geyimlər də müvafiq qaydada tənzimlənməlidir. Belə ki, tibb işçilərinə verilən birdəfəlik geyimlər hər dörd saatdan bir, sutka ərzində altı dəfə, laboratoriya personalı üçün birdəfəlik geyim, ikiqat əlcək, eynəklər hər dörd saatdan bir, iş günü ərzində iki dəfə, xəstələrlə sıx təmasda olan tibb heyətinə verilən birdəfəlik geyim, ikiqat əlcək, eynək isə hər xəstəni müayinə etdikdən sonra dəyişdirilməlidir.

Oxşar xəbərlər

Gündüz yatmaq ölüm riskini artırır
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO
Azərbaycanlı mühəndislər süni tənəffüs aparatı hazırladılar - VİDEO
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
Dəniz kənarından 2 ədəd mina tapıldı
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Gəncədə iki top mərmisi tapıldı
Xaricə uçanların nəzərinə - AZAL qaydalara dəyişiklik etdi
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Litvada koronavirusa yoluxanların sayı 1128 nəfərə çatıb
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
Əlləri yumağı xatırladan - SAAT İSTEHSAL OLUNDU
Azərbaycanda koronavirus dönəmində imtahanların keçirilməsi qaydaları açıqlandı - RƏSMİ
“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
İranda daha 2 596 nəfər koronavirusa yoluxdu, 87 nəfər öldü
"Peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir"
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Əli Əsədov bu qanunu təsdiq etdi
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötdü