İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
6-01-2021, 12:51
95

İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT

2020-cu ildə İmişli rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 898 min 579 manat məbləğində 9 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 1 milyon 268 min 545 manat xərcləyib. İmişli Rayonun İcra Hakimiyyətinin keçirdiyi hər 3 tenderin qalibi "Orion-E" MMC olmuşdur.

İmişli Suvarma Sistemləri İdarəsi ümumi məbləği 532 min 912 manat olan 2 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibləri Əkbərov Rahib Ağamusa oğlu(287 min 245 manat) və "Ruzi" MMC(245 min 667 manat) olmuşdur.

Dia.az 2020-cu ildə İmişli Rayonunda keçirilən tenderləri təqdim edir.

Qeyd edək ki, yeni icra başçısının da sevimli şirkətinə çevrilən ORİON-E MMC bir zamanlar hazırda həbsdə yatan Vilyam Hacıyevin də əsas tərəfdaşı olub. Və bu məsələ ilə bağlı yerli KİV-də ilginc informasiyalar da yayılıb. Həmin məlumatlara görə, İmişlidəki ORİON-E MMC-nin- Asfalt Zavodunun direktoru Şükür Aslanov həbs olunun İmişli rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin bir sıra korrupsiya layihələrində iştirakçı olub.

Qeyd edək ki,“ORİON”-E MMC 2003-cü ilin sonlarından fəaliyyətə başlayıb. ORİON”-E MMC -nin fəaliyyətinin əsasını qum-çınqıl istehsalı, yolların və binaların tikintisi təşkil edir.

Bolgexeber.com bu barədə yazırdı ki, böyük varidat əldə etməyə nail olan Şükür Aslanov əvvəllər “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub.İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınır.
Medianın gündəmindən düşməyən bu şəxs bir müddət öncə “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olan vaxt İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin paytaxtda keçirilən dəbdəbəli toyuna yazdırdığı 5000 min manat nəmərlə gündəmi zəbt etmişdi.Deyilənə görə İcra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da həmin toyda pul xərcləyib.

Bildirilir ki,İmişlidə həyata keçirilən tiktinti,yol çəkilişləri,abadlıq işləri ,çoxsaylı dövlət layihələri çoxu Vilyam Hacıyev tərəfindən qanunsuz olaraq məhz onun şirkətinə tapşırılıb ,yönləndirilib və onun adı bir çox büdcə yeyintilərində ,”otkat” əməliyytlarında Vilyam Hacıyevlə birgə çəkilir.Onun Vilyam Hacıyevlə yaxın münasibətdə olması bildirlir.

Bunlardan başqa əldə edilən məlumata görə, Şükür Aslanov Bəhrəmtəpə yolunda dəyəri 500 000 olan iki mərtəbəli “Qonaq Evi” tikdirib.

Oxşar xəbərlər

Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
“İmişli-Quşçuluq” MMC özünü müflis elan edir
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
227 min rüşvət verən iş adamı məqsədinə çatdı: Şabranda bir gündə 2 tender “uddu”