Prezidentdən yeni mərkəzin yaradılması ilə bağlı FƏRMAN
6-01-2021, 14:26
163

Prezidentdən yeni mərkəzin yaradılması ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 
Gündəlik Bakı xəbər verir ki, yeni publik hüquqi şəxs qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə yaradılıb.
Müəyyən edilsin ki:
2.1. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.
3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;
3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin, İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2.2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
6.1. Mərkəzin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;
6.2. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin

Oxşar xəbərlər

Vasif Talıbov yeni qurum yaratdı
Vasif Talıbovdan yeni təyinat
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı
Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
Vasif Talıbovdan yeni təyinat
Azərbaycanda yeni holdinq yaradıldı - Prezidentdən FƏRMAN
Prezident yeni vəzifə təsis etdi
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman
Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Bu şəxslərin xidməti vəsiqə ilə hərəkətinə icazə verilir
Prezidentdən Sahibkarlığın İnkişafı Fondu ilə bağlı FƏRMAN
Prezident hərbi vəziyyət elan edilməsi haqqında Fərman İMZALADI
Ramin Bayramlıdan yeni təyinat
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
İlham Əliyev fərman imzaladı
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Əli Əsədovdan mühüm sərəncam
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Baş Nazir Xocavəndlə bağlı sərəncam imzaladı
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Prezident bu şirkəti ləğv etdi - SƏRƏNCAM
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir