Azərbaycan əsgərinin meyitinin yandırılması haqda – Rəsmi  açıqlama
13-01-2021, 19:03
44

Azərbaycan əsgərinin meyitinin yandırılması haqda – Rəsmi açıqlama

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində  Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən  Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək.
Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəsüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür. 
Azərbaycan Respublikasının Baş Prokurorluğu  Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Oxşar xəbərlər

Baş Prokurorluq başı və boğazı kəsilmiş əsirlərlə bağlı məlumat yaydı
Erməni meyitlərini təhqir edən 4 hərbi qulluqçumuz həbs olundu
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
Ermənilərin kimyəvi mərmilərdən istifadəsilə bağlı cinayət işi açıldı
“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktora cinayət işi açıldı
Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb
Abxaziyadan Qarabağa gələn 20-dən çox muzdluya cinayət işi açıldı
Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edildi
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
Qarabağda döyüşən “Krım könüllüləri birləşməsi"nin rəhbərinə cinayət işi açıldı
Neftçalada qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olundu - YENİLƏNİB
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Rusiyada həbs edilən azərbaycanlılar ölkəmizə təhvil verildi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Şirkət direktoruna cinayət işi açıldı
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Bakıda məktəblinin intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlandı
Hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Baş Prokurorluqdan intihar edən müəllimin işi ilə bağlı MÜRACİƏT
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
Azərbaycan torpaqlarına gələn ekstremist lider haqda cinayət işi başlandı - FOTO