“Neftçi”nin keçmiş futbolçusu qəflətən vəfat etdi
7-01-2021, 10:46
93

“Neftçi”nin keçmiş futbolçusu qəflətən vəfat etdi

"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.
Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. 
Onun sözlərinə görə, keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. O.Abdullayev Futbol Veteranları İttifaqı adından R.Əlizadənin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futbolçu karyerası ərzində komandasına penalti qazandırma bacarığı ilə də tanınıb.
R.Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının 2 dəfə formasını geyinib.
Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi-məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib.
R.Əlizadəyə 2019-cu ilin sonundan AFFA İcraiyyə Komitəsinin qərarına əsasən milli assosasiya tərəfindən xüsusi təqaüd verilib.(report.az)

Oxşar xəbərlər

Azərbaycanın veteran futbolçusu vəfat etdi
İngiltərə yığmasının sabiq futbolçusu vəfat etdi
Əfsanəvi futbolçu xərçəngdən öldü
Hacıbaba Zeynalov dünyasını dəyişdi
Azərbaycanın tanınmış futbolçusu koronavirusdan öldü
Azərbaycan çempionu koronavirusdan vəfat etdi
DİN-in sorğusuna cavab verməyən “Neftçi” cəzalandırıldı
Yunanıstanda koronavirusa yoluxan futbolçumuzu Azərbaycana buraxmadılar
Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?
Həsən Abdullayev vəfat etdi
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
“Neftçi“nin hakimi döyən futbolçusuna ağır cəza - 10 il meydana çıxa bilməyəcək
Veteren futbolçudan sonra həyat yoldaşı da koronavirusdan vəfat ETDİ
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
Millimizin sabiq baş məşqçisi vəfat etdi
Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR
"Neftçi"nin baş məşqçi istefa verdi
Dünya çempionu koronavirusa yoluxdu
Millimizin futbolçusu Moskvada döyüldü
Məhkəmə hakimi vəfat etdi
Ali Məhkəmənin keçmiş hakimi vəfat etdi
Əməkdar artist vəfat etdi
20 yaşlı erməni futbolçu Qarabağda öldü
35 yaşlı hücumçu ilə müqavilə uzadıldı
"Real"ın sabiq futbolçusu narkotik alverinə görə saxlanıldı
“Neftçi“dən şəhid azarkeşlərinə böyük ehtiram
Türkiyənin “qol kralı” koronavirusa yoluxdu
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
22 yaşlı idmançı yarış zamanı öldü
Azərbaycan klubunun sabiq prezidenti öldü