Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
7-01-2021, 10:57
263

Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi

Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib.
Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Oxşar xəbərlər

Mərc oyunlarının təşkil olunduğu çayxana aşkarlandı
Karantini pozan daha bir çayxana aşkarlandı
Ucarda karantini pozan çayxana aşkarlandı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
Çayxana sahibi və müştəriləri polis şöbəsinə gətirildi
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Gizli işləyən çayxana aşkarlandı
Evdə toy edənlər cərimələndi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkar edilib
Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib
Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Çayxanaya gedənlər cərimələndi - Foto
Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edilib
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Yevlaxda toy məclisi keçirənlər cərimələndi
Polis toyu yarımçıq saxladı - 10 nəfər cərimələndi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Yas mərasimi təşkil edən şəxs cərimələndi
Yevlaxda qanunsuz işləyən kafe aşkarlandı
Gəncədə kafe sahibi və müştəriləri cərimələndi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
Balakəndə nişan mərasimi keçirən 8 nəfər saxlanıldı - FOTO
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi