Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmələrə necə təsir edir? - GİLEY
7-01-2021, 11:01
51

Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmələrə necə təsir edir? - GİLEY

Bakı sakini Ağası Hüseynov deyir ki, Yasamal Rayon Məhkəməsində gizli iclas keçirib, onun və ailəsinin yeganə yaşayış yeri olan mənzildən çıxarılmalarına qərar verilib. DİA.AZ xəbər verir ki, bu qərarı hakim Təhminə Xəlilova icra məmuru Ruslan Əsgərovun təqdimatı əsasında çıxarıb.

“Təqdimat dekabrın 25-də məhkəməyə daxil olub. İki gün sonra mənə heç bir məlumat vermədən gizli qərar çıxarıb. Halbuki, Ali Məhkəmənin rəhbərliyinin qərarıyla pandemiyaya görə məhkəmələrdə təxirəsalınmaz işlər istisna olmaqla, digər işlərə baxılması dayandırılıb. Əvvəl dekabrın 2-dən 28-nə qədər təxirə salınmışdı, sonra bu müddət yanvarın 18-nə qədər uzadıldı. Belə bir vəziyyətdə hakimin nə marağı var ki, məhkəməni keçirir, mənə də heç bir məlumat vermədən evimdən çıxarılmağım haqda qərar verir?”, - Ağası Hüseynov bildirib.

O, hakimdən Məhkəmə-Hüquq Şurasına şikayət edəcək. Amma cəzalanacağına da inanmadığını deyir. Fikrini də belə əsaslandırır: “Hakimin özbaşına belə iş gördüyünü düşünmürəm. Hesab edirəm ki, bundan əvvəlki proseslərdəki kimi, bu işdə də Ədliyyə nazirinin müavini Azər Cəfərovun təsiri olub”.

Ağası Hüseynovun sözlərinə görə, nazir müavini bu mübahisədə qarşı tərəf olan Fuad İbrahimovun qohumudur. Fuad İbrahimovla Ağası Hüseynov iki bacının övladlarıdır. Fuad İbrahimov iddia edir ki, xalası oğlu ondan 85 min dollar borc alıb və qaytarmayıb. O, məhkəmədə bu barədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov da bu qətnamənin icrası kimi, yaşadığı mənzilin Ağası Hüseynovdan alınıb Fuad İbrahimova verilməsi üçün təqdimatla məhkəməyə müraciət edib. Binanı inşa edən “Tamam” firmasına da məktub göndərilib ki, mənzil Fuad İbrahimovun adına rəsmiləşdirilsin.

Ağası Hüseynov icra məmurunun hərəkətinin də, məhkəmənin qərarının da qanunsuz olduğunu deyir: “Ailənin yeganə yaşayış yeri müsadirə oluna bilməz. Ailənin yaşamağa başqa yeri yoxdursa, həmin mənzilin müsadirəsi qadağandır. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarında da bu məsələ əksini tapıb. Məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar var və həmin hallar Nazirlər Kabinetinin bu qərarında əksini tapıb. Amma nazir müavini təsir göstərəndə məhkəmələr bütün qanunları ayaqlar altına atır”.

Ağası Hüseynov Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovdan da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə şikayət edib. O hesab edir ki, icra məmuru da mənzilinin ələ keçirilməsində maraqlıdır.

Ağası Hüseynov 85 min dolların ona verilmədiyini, böhtanla mənzilinin əlindən alındığını deyir.

Fuad İbrahimov isə xalası oğlunun məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirir.

Oxşar xəbərlər

Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."
Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma... - Səfər Mehdiyevin işçiləri İNAD EDİR
“Məhkəmə hakimiyyəti düzəlməsə, aparılan bütün islahatların əhəmiyyəti olmayacaq”
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı YENİ QƏRAR
Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
Gömrük məmurunun adı hallanan ev qalmaqalı - “Koronavirusa yoluxmuş ailəm küçədə qala bilər”
“Düz Elmarın yanına gəldim, silahı çəkdim, açılmadı...”
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Dekabrın 31-də "SMS icazə" sistemi ləğv ediləcək? - AÇIQLAMA
Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Generalın şikayəti təmin edilməyib
"İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." - GİLEY
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...” - sabiq deputatdan şikayət
İcra başçısı məhkəməyə verildi
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
Yaponiya sərhədlərini bağladı
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
Vətəndaş ötür-ötür oyununda... - GİLEY
Müğənni məhkəmədə qalib gəldi - 51 min alacaq
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
DYP-dən cərimələrlə bağlı xəbərdarlıq