Natiq İbrahimov LDU-da əlinə düşən fürsətdən hansı yollarla yararlanır? - İTTİHAM
7-01-2021, 11:37
102

Natiq İbrahimov LDU-da əlinə düşən fürsətdən hansı yollarla yararlanır? - İTTİHAM

Uzun müddət Lənkəran Dövlət Universitetinin rektoru olmuş Asəf İsgəndərovun 2016-cı ildə bu təhsil ocağında rəhbərliyinə son qoyulmasından sonra sanki sözügedən vəzifə tilsimə düşüb. Artıq 5-ci ildir ki,vəzifəni əvəz edən olsa da tilsimlənmiş rektor kreslosu hələ də boşdur.İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkənin hələ təhsil sisteminə rəhbərlik etdiyi dönəmdən Təhsil Nazirliyinin baş məsləhətçisi olmuş Natiq İbrahimovun bu universitetə rektor əvəzi təyin edilməsi də heç nəyi dəyişməyib. Verilən bir sıra məlumatlara görə burada rektor olmaq uğrunda müəyyən dairələrdə bu gün də mübarizə gedir. Çoxları Natiq İbrahimovu Mikayıl Cabbarovun adamı hesab edərək tezliklə rektor olacağını düşünsələr də bu proqnoz özünü doğrultmadı. Mikayıl Cabbarovdan sonra Təhsil nazirliyinin rəhbərliyində artıq iki dəfə dəyişiklik olub.Lakin universitet hələ də rektorsuz olaraq qalmaqdadır.
Aktualinfo.org dövrü mətbuatda Lənkəran Dövlət Universitetində rüşvətxorluq,tələbə müəllim münasibətləri haqqında yayaılmış məlumatlardan fərqli olaraq universitetin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparıb. Qeyd edək ki, rektor vəzifəsini icra edən professor Natiq İbrahimovun təyinatının ilk günlərində Lənkəranda ən müasir universitet quracağı barədə açıqlamalar vermişdi. İlk baxışdan rektor əvəzinin universitetdə reallaşdıra bilmədiyi planları şəxsi həyatında həyata keçirdiyi açıq aydın görsənir.Bəs 5 ildən sonra Natiq İbrahimovun verdiyi açıqlama uzaqdan və yaxud yaxından necə görsənir?
Lənkəran Dövlət Universitetinin 2020-ci ildə bir tədris müəssisəsi olaraq bir neçə satınalma proseduru həyata keçirib.Tədris müəssisəsi olduğunu xüsusi olaraq ona görə xatırlayırlayırıq ki,koronavirus pandemiyası ilə əlaqədər artıq mart ayindan ölkə ərazisində olan bütün ali və orta,ixtisas təhsil müəssələrinin fəaliyyəti Nazirlər Kabinetinin qərarı ilə müvəqqəti olaraq dayandırılıb.

Lakin Lənkəran Dövlət Universiteti tərəfindən 17.12.2020-ci il tarixdə elmi kitabxana binasının əsaslı təmiri işləri üzrə keçirilmiş müsabiqədə “DEKOR-İNTEKS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və tərəflər arasında 947 927.68 manat məbləğində satınalma müqavilə bağlanılıb.Elə həmin gün Lənkəran şəhəri Heydər Əliyev prospekti 299 ünvanında yerləşən yataqxana binasının yenidən qurulması üzrə keçirilmiş müsabiqənin də qalibi “DEKOR-İNTEKS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 262 383.84 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki,Lənkəran Dövlət Universiteti 27.08.2019-cu il tarixdə də bu MMC ilə LDU-nin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 118 ünvanında digər tikililərin inşaası işləri üzrə 544 520 manat məbləğində müqavilə bağlayıb. Bağlanmış müqavilələrdən də göründüyü kimi univesetit bir il ərzində təmir tikinti işlərinə 1 754 830 manat vəsait ayırıb.

Məlumat üçün bildirək ki.kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DEKOR-İNTEKS” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.11.2015-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının TƏRTƏR RAYONU, QARADAĞLI kəndi, qanuni təmsilçisinin Quliyev Ramiz Məhəmməd oğlu olduğu qeyd olunub.Bu MMC Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Oğuz və Qəbələ rayonlarında bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınmasının da qalibi olub. Görsənən odur ki,bir kənd sakinin adına yaradılmış bu MMC-nin ulduzu sabiq nazir Ceyhun Bayramovun dönəmində parlamağa başlayıb. Bundan başqa Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimovun vaxtı ilə Təhsil Nazirliyində çalışması və əlaqələrin məhz bu yollarla qurulması da istisna edilmir.

Qeyd edək ki,universitet tərəfindən tender və kotirovka prosedurlarının keçirilməsi zamanı dövlət satınalmaları haqında qanunun tələblərinin pozulması məhz buradan görsənir. Belə ki, satınalmalarda daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra digər qanun pozuntularına gətirib çıxarır ki,bu da düşünülmüş çəkildə atılan addımlardan başqa bir şey deyildir. Təbii ki, buradan da rektor əvəzi Natiq İbrahimov yararlanmamış deyil.

Lənkəran Dövlət Universitetinin keçirmiş olduğu digər tenderlərə nəzər salaq.Qeyd edək ki,bütün bunlar koronavirus pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejiminin tətbiq olunması, tədrisin müvəqqəti olaraq dayandırılması zamanı həyata keçirilmişdir.

Cari təmir işləri üzrə 06.08.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “TURAN-2018” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olub və 92 053.42 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

İnventarın alınması üzrə 98 175 manat dəyərində müqavilə isə 22.05.2020-ci il tarixdə fiziki şəxs Hüseynov İlham İdris oğlu ilə bağlanıb.

Maşın və avadanlıqların alınması üzrə 93 450 manat dəyərində müqavilə 22.05.2020-ci il tarixdə “MASAD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Dəftərxana və təsərrüfat mallarının alınması üzrə 91 642 manat dəyərində müqavilə isə 22.05.2020-ci il tarixdə “KİFAYƏT 1961” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Sual yarana bilər.Kronavirus pandemiyası dövründə,karantin rejimi ilə əlaqədar tədris proseslərinin dayandırıldığı, tələbələrin ümumiyyətlə dərsə qatılmadığı,müəllim kontingentinin isə demək olar 30 faizinin işə çıxdığı bir vaxtda universitetə 100 min manat civarında dəftərxana və təsərrüfat malları almaq hansı zərurətdən yaranıb? Qeyd edək ki, “DEKOR-İNTEKS” MMC ilə bağlanılan müqavilələrdən başqa, satınalmalara ümumi olaraq 375 320 manat vəsait ayırıb.Universitetin satınalma müqavilələri bağladığı digər MMC-lər barədə açıq mənbələrdə aşağıdakılardan başqa heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KİFAYƏT 1961” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.03.2019-cu il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 48, ev 3, m. 43,qanuni təmsilçisinin Rəhimli Orxan Qeyrəddin oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MASAD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.12.2015-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, QARABAĞ, ev 1,qanuni təmsilçisinin İsmayılov Ceyhun Adəm oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TURAN-2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.01.2018-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MASALLI RAYONU, KÖÇƏKLİ kəndi,qanuni təmsilçisinin Səmədov Vəli Uruf oğlu olduğu qeyd olunub.

Qeyd edək ki,araşdırmalarımız zamanı Lənkəran Dövlət Universiteti tərəfindən bağlanılmış satınalma müqaviləsi barədə məlumatların dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə də rast gəldik.Belə ki, 26.12.2020-ci il tarixdə universitet tərəfindən digər nəqliyyat xidmətlərinin satın alınmasını inkişaf etdirmək üzrə tender komissiyasının 10 noyabr 2020-ci il tarixli yekun protokoluna görə “Azdecor Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilmiş və hüquqi şəxslə 10.12.2020-ci il tarixində satınalma müqaviləsi bağlandığını elan etmiş,lakin ayrılmış vəsait barədə məlumatlar gizlədilmişdir.

Həmçinin yumşaq inventar, yataq müalicəsi və xüsusi geyimlərin alınması məqsədilə keçirilən katirovka sorğusu üzrə tender komissiyasının 27 noyabr 2020-ci il tarixli yekun protokoluna görə “Tandem-Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilmiş və hüquqi şəxslə 14.12.2020-ci il tarixində müvafiq satınalma müqaviləsi bağlanmış,lakin ayrılmış vəsait barədə məlumatlar sanalmalarının rəsmi internet saytında yerləşdirilməmişdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TANDEM-BİZNES” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.06.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. ev 196, m. 39,qanuni təmsilçisinin Hüseynli İlqar Elman oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZDECOR SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.07.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 15, m. 2,qanuni təmsilçisinin Babazadə Orxan Qadir oğlu olduğu qeyd olunub.

Yuxarıda qeyd etdiyimiz kimi artıq beşinci ildir ki,Lənkəran Dövlət Universitetinə rektor təyin edilməyib.Rektor əvəzi Natiq İbrahimov isə sözügedən vəzifə uğrunda mübarizə aparmaqla yanaşı,həm də düz beş ildir ki,bu fürsətdən istifadə edir.Həm də göründüyü kimi müxtəlif yollarla yararlanır.
Aktualinfo.org

Oxşar xəbərlər

Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
Mikayıl Cabbarovdan yeni təyinat
Rektor Ağdərə uğrunda döyüşmüş əsgərə “yox” dedi
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Mikayıl Cabbarov təlim keçəcək - “İdarəçi rəhbər və təcrübə”
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Ramiz Mehdiyev  rektorun sədaqətini ödülləndirdi-İLGİNC
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
“Elə müəllim var, 5 fəndən dərs deyir”
Səriştəsiz GDU rektoru və onun ŞÜBHƏLİ ƏTRAFI - İTTİHAM
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Azərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
“Yeni təyin olunan rektorlar arasında ciddi rəqabət gedir” - Deputat
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Təhsil Nazirliyinin loqosu ilə saxta məlumatlar paylaşılır
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
17 yaşlı azərbaycanlı Trampın oxuduğu universitetə qəbul olub
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU