Bu maşınların gömrük rüsumu sıfırlansın! – “Üç qat artıq pul alınır”
7-01-2021, 22:31
143

Bu maşınların gömrük rüsumu sıfırlansın! – “Üç qat artıq pul alınır”

Benzinin qiymətinin qalxması ilə hibrid və elektrikli avtomobillərə tələbat artıb. Lakin elektrikli maşınların ƏDV vergisi, hibrid avtomobillərin isə gömrük rüsumu olduqca çoxdur. Bildirək ki, benzinin qiymətinin artırılması ilə bağlı səbəblərdən biri kimi ekoloji vəziyyət göstərilir.
Maraqlıdır, belə olan halda hibrid və elektrikli maşınların gömrük rüsumu və vergisi niyə endirilmir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, elektrik maşınlarında gömrük rüsumu olmasa da, ƏDV qiymətə ciddi təsir edir:
“Amma hibrid maşınları adi maşınlar kimi gömrük rüsumu və bütün vergilərə cəlb edilir, nəticədə kifayət qədər ciddi rəqəm alınır. 1500-2000 dollar qiyməti olan 7-8 illik avtomobili xaricdən sifariş vermək mümkündür, lakin Azərbaycana gələndə mator həcminə uyğun olaraq gömrük rüsumları 10 min manatdan da çox olur. Öz qiymətindən 3 dəfə çox rüsum ödəməli olursan. Bu, ciddi məsələdir”.
Ekspert qeyd edib ki, bir çox ölkələrdə bu problemin həlli üçün təşviq proqramları həyata keçirilir:
“Əsasən də elektriklə işləyən avtomobillərə nəinki rüsum tamamilə ləğv olunur, hətta dövlət tərəfindən təşviq də olunur. Məsələn, Norveçdə ötən ildən belə bir praktika var ki, dövlət tərəfindən qiymətin bir hissəsi subsidiya olunur, vergilərdən azaddır. Nəticə etibarilə Norveçdə keçən il 57 faiz elektrikli avtomobillərin satışı artıb, 2025-ci ilə  qədər Norveç tamamilə elektrikli avtomobillərə keçməyi düşünür. Avropa 2030-cu ildə bu prosesi tam bitirməyi düşünür. Yəni məsələ təşviqdən daha çox asılıdır. Bu, ekoloji məsələlərin həllində önəmli rol oynayır. Daha vacib məsələlərdən biri də təhlükəsizlik məsələsidir”.
Həmsöhbətimiz vurğulayıb ki, yeni, müasir avtomobillərin Azərbaycana gətirilməsi üçün gömrük rüsumları və vergi dərəcələri kifayət qədər azaldılmalı, elektriklə bağlı isə sıfır rüsum tətbiq olunmalıdır:
“Nəticədə avtopark da yenilənəcək. Bakıda bahalı maşınları görüb elə düşünürük ki, ölkənin avtoparkı çox yaxşı vəziyyətdədir. Əslində, elə deyil, avtoparkın 60 faizdən çoxu köhnə və təhlükəli maşınlardan ibarətdir, hətta bir çoxlarının öz təhlükəsizlik yastıqları da yoxdur. Bu həm də insanların sağlamlıq məsələsidir. Avtopark yenilənməlidir. Bunun üçün gömrük rüsumları və vergilərin sıfırlanması və yaxud çox azaldılması qərarı verilməlidir ki, həm ekoloji problemlər öz həllini tapsın, həm də təhlükəsizliklə bağlı məsələlər önə çıxsın”.

Oxşar xəbərlər

Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – Vətəndaşlar imdad diləyir
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Dövlət Gömrük Komitəsinə maraqlı sual: " Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?"
Avtomobil bazarını BÖHRANA SOXAN GÖMRÜK QAPILARI... - Bir daha elektromobillər haqqında...
Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA
İqtisadçı Səfər Mehdiyevi yenə də “yıxıb-sürüdü“ - “Niyə gözünüzü ora dikmisiniz, qabiliyyətiniz...“
Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO
Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR
Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu DAYANDIRDI
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq
Külli miqdarda ətirlər keçirmək istədilər
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir
Gömrük Komitəsi yenə narazılıq yaradır - Gömrükdəki yoxlanışların uzanması nə ilə bağlıdır?
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Məşhur şirkət gömrüyün yeni qərarından yayınmağın üsulunu açıqlayıb
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
Səfər Mehdiyev də bacarmadı, köhnə niyyətə QAYIDIŞ... - İLGİNC MƏQAM
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub