Pusquya düşsə də son nəfəsinəcən vuruşan cəsur kapitan
8-01-2021, 13:29
184

Pusquya düşsə də son nəfəsinəcən vuruşan cəsur kapitan

Döyüş tapşırığını sonuna qədər icra edən qəhrəman kapitan Ali Baş Komandan tərəfindən "İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Çox cəngavər idi, onda olan döyüş əzmi, vətən sevgisi bütün şəxsi heyətə ruh verirdi.
Bu sözləri şəhid kapitan Cəlil Cavadovun döyüş yoldaşları deyib.
Kapitan Cavadov Cəlil Ağaddin oğlu 1989-cu ildə Lerik rayonunda doğulub. Milli vətənpərlik ruhunda böyümüş Cəlil 13 yaşından hərb yolunu seçib. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2010-cu ildə leytenant hərbi rütbəsi alan C.Cavadov 10 illik zabit peşəsinin ilk 6 ilini könüllü olaraq Ağdam rayonunda düşmənlə təmas xəttində vətənə xidmət edib. Yuxusuz gecələrini səngərdə vətəni işğalçı qüvvələrdən qorumağa həsr edib.
2016-2020-ci illərdə Bərdə, Qazax, Qaradağ və Qusar rayonlarında müxtəlif hərbi-hissələrdə hərbi xidmətini davam etdirən C.Cavadov kapitan hərbi rübəsinə və motoatıcı tabor komandirinin müavini vəzifəsinədək yüksəlib.
27 sentyabr 2020-ci il - Vətən müharibəsinin başlandığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə 1 ay müddətində qəhrəmancasına döyüşən Kapitan Cavadov Füzulinin azad olunmasında xüsusi riskli əməliyyata könüllü rəhbərlik edərək düşmənin qarşıya çıxan bütün canlı qüvvəsini məhv etməklə komandasının bir gecədə 4 kilometr dərinliyə qədər irəliləməsinə nail olmuşdu.
Füzuli döyüşlərindən dərhal sonra, qadir olduğu döyüş əzminə görə komandanlıq tərəfindən ona tabor komandiri səlahiyyətləri verilib. Cəsur kapitan Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə də daim öndə gedib, şəxsi heyəti arxasınca döyüşlərə cəlb edib.
Döyüş yoldaşları danışır ki, Cəbrayıl rayonu ərazisində düşmən pusqusuna düşdükləri zaman kapitan Cavadov xüsusi döyüş taktikası işlətməklə təkbaşına düşmən üzərinə gedib düşmənin canlı qüvvəsini taborun dəqiq atəş aça biləcəyi mövqeyə çəkib və sonra düşmənin bu dəstəsini məhv ediblər.
1 aylıq şanlı döyüşdən sonra oktyabrın 27-də Qırmızı bazar uğrunda gedən döyüşlər zamanı Cəlil Cavadov daha bir təhlükəli döyüş əməliyyatında öndə gedir. Xocavənd rayonunun Cütçü kəndi ərazisində yerləşən strateji yüksəkliyin işğaldan azad edilməsi uğrunda başlanılan bu əməliyyatda döyüş tapşırığını sonuna qədər icra edən qəhrəman komandir 14 nəfərlik şəxsi heyətlə birgə döyüşə-döyüşə hədəfdə olan strateji yüksəklikdə mövqe tutan düşmən səngərinə hücumu zamanı muzdlu terrorçuların da daxil olduğu 70 nəfərdən artıq şəxsin pusqusuna düşür.
Qeyri-bərabər döyüşdə sinəsini düşmənə sipər etməklə şəxsi heyətini qorumağa çalışan kapitan son nəfəsinədək vətən uğrunda döyüşür. Yaralı halda yenidən qalxaraq düşmən üzərinə qumbaralar ataraq xeyli sayda qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına şəhid olur. (Trend)

Oxşar xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Qızının yuxusunda gülümsəyən şəhidimiz – VİDEO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
"Əsgərlərini xilas etsə də, özü düşmən gülləsinə tuş gəlib" - VİDEO
Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
"Düşmənin arxa postlarına keçib onları məhv etdik" - Kəşfiyyatçı qazi (VİDEO)
Vətən müharibəsində onlarla düşmən əsgərini məhv edən qəhrəman şəhidimiz - FOTO
"Oğlum şəhid olan günü onu yuxumda gördüm" - Şəhid anası (VİDEO)
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi
2000 manat təqaüd alacaq qəhrəmanların siyahısı
Prezident üç jurnalisti təltif etdi
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Döyüş yoldaşlarını mühasirədən xilas edib özü şəhid oldu - Video
Şuşa fatehi Hikmət Mirzəyev... - FOTO, VİDEO
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video