Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.
Bu barədə Yunanıstanın DEPA şirkətinə istinadən məlumat verir.
Qeyd olunub ki, 2013-cü ilin sentyabrında şirkət "Şahdəniz" konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:
"TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətqabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək". (Trend)
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.