Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – DEPUTATDAN AÇIQLAMA
8-01-2021, 19:37
160

Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – DEPUTATDAN AÇIQLAMA

“Bütövlükdə vaksinasiyadan sonra normal və ya əvvəlki həyatın qayıdacağı ilə bağlı proqnozlar var. Bu gün qlobal olaraq gözlənti ondan ibarətdir ki, bu ilin aprel ayından etibarən əvvəlki həyat geri qayıda bilər. Sözsüz ki, bunlar hamısı proqnozlardır”.
Bu sözləri açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə vaksinasiyaya fərqli yanaşmalar var:
“Təbii ki, Azərbaycanda da vaksinasiyadan sonra pandemiyadan əvvəlki həyatın, xüsusən də iqtisadi sferalarda iş yerlərinin bərpa edilməsi, əsas gözləntilərdən biridir. Ümid edirik ki, vaksinasiya prosesi uğurlu olacaq. Nəticədə sərt karantinlər iqtisadi açılımla əvəz olunacaq.
Təklif edirəm ki, vaksinasiyadan sonra epidemioloji vəziyyətə uyğun olaraq iqtisadi açılımın bərpası ilə bağlı qərarlar verilsin. Xüsusən də yenidən iqtisadi fəaliyyət sahələrinin bərpa edilməsi məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, ictimai iaşə xidmət sektoru məşğulluq baxımından çox vacibdir.
Daha məqsədəuyğun olardı ki, vaksinasiya başladıqdan sonra epidemioloji vəziyyətə uyğun olaraq yenidən iqtisadi açılım olsun, kafe və restoranların fəaliyyəti bərpa edilsin. Həm xidmət, həm də iaşə turizm sektorunda çoxlu sayda vətəndaşlarımız çalışır”.
Deputat həmçinin deyib ki, qonşu ölkələrlə sərhədlərin açılması yalnız Azərbaycanla bağlı deyil, həm də ölkələrdəki vəziyyətdən asılı olacaq:
“Məsələn, Gürcüstanda virusa yoluxanların sayı uzun müddət aşağı olsa da, son aylar ölkədə kəskin artımlar oldu. Hazırda Gürcüstanda virusa yoluxanların sayı Azərbaycanla müqayisədə daha çoxdur. Eyni zamanda Rusiya və İranda da virusa yoluxanların sayı kifayət qədər çoxdur. Həmin ölkələrdə də pandemiyanın lokallaşdırılması çox vacibdir.
Əgər vaksinasiya qlobal olaraq bizim regionda yoluxma sayının kəskin azalmasına gətirib çıxarsa, həmin halda sərhədlərin yenidən açılmasına baxıla bilər”.

Oxşar xəbərlər

Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Vaksinasiyadan öncə bunlar edilməlidir - HƏKİM RƏYİ
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Böyük ticarət mərkəzləri ilə bağlı açıqlama
Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə! - DİQQƏT
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb
Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Karantin məhdudiyyətləri bu tarixdə ləğv ediləcək
"Normal həyat bərpa ediləcək" - Prezidentdən vaksinlə bağlı AÇIQLAMA
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
Toylarla bağlı açıqlama
Baş nazir azad olunmuş ərazilərlə bağlı iclas keçirdi
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
“ Azad olunmuş rayonların iqtisadi və sosial konsepsiyası hazırlanıb“ - Deputat
Xudafərin körpüsünün yaxınlığında xüsusi iqtisadi zona yaratmaq olar - EKSPERT
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
"Biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq"
Azərbaycanda vaksinasiya necə aparılacaq? - Baş infeksionistdən AÇIQLAMA
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA