Ramiz Mehdiyev bu institutun bütün rəhbərliyini işdən qovdu
9-01-2021, 09:09
203

Ramiz Mehdiyev bu institutun bütün rəhbərliyini işdən qovdu

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.
Iclasda AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri müzakirə edilib.
Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl¬mə¬sinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar¬güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə¬dilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb.
Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil¬məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl¬maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.
Mövzu ilə bağlı münasibət bildirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Akademik qeyd edib ki, dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb. AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib.
Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, stitutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.
 

Oxşar xəbərlər

AMEA-nın alimi koronavirusdan vəfat etdi
AMEA-da direktor xanım buna görə İŞDƏN ÇIXARILDI
AMEA-ya yeni Aparat rəhbəri TƏYİN OLUNDU
AMEA-da plagiatlıq edən direktorun yerinə TƏYİNAT
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
Ramiz Mehdiyev AMEA-dakı nöqsanları açıqladı
AMEA-da iclas: qurum özü-özünü tənqid etdi
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILDI
Ramiz Mehdiyev AMEA-nı “Veteranlar klubu”na çevirir: Özündən 3 yaş böyükdür
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq
AMEA-nın saytının baş redaktoru İŞDƏN ÇIXDI - FOTO
Əli Abbasov işdən çıxarıldı
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni təyinatlar olub
AMEA-da “moyka” biznesi - milyonlar elmə yox, profilaktoriya biznesinə yatırılır
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
Qarabağ Universiteti yaradılacaq
Polis maşınları AMEA Rəyasət Heyəti binasının qarşısında: Deyəsən Mehdiyevin "qonağ"ı var
Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq
Ramiz Mehdiyevdən daha bir təyinat
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
Professor Kamran Əliyev vəfat etdi
Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi — FOTOFAKT
Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir?
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Ramiz Mehdiyev indi də yanındakı adamları “vurdurdu” - şok məqaləyə sözardı