Ermənistan tərəfi Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb.
“Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi - əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin, axtarış-xilasetmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır",-deyə məğlub dövlətn baş naziri Nikol Paşinyan bildirib.
Yenisabah.az xəbər verir ki, erməni tərəfi “əsir, girov və saxlanılan şəxslər” deyəndə 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavənd istiqamətində diversiya-təxribat fəaliyyəti göstərmiş və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı terrorçuları nəzərdə tutur.
Yeri gəlmişən, Azərbaycanın rəsmi qurumları söügedən əməliyyat zamanı Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığıni bəyan edib.
Əsir və girovlara gəlsikdə isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov yanvarın 5-də verdiyi açıqlamada Azərbaycanda cəmi 5 hərbçi və 2 mülki erməninin saxlanıldığını bildirib.
Beləliklə, Ermənistan əsir və girovların deyil, terrorçuların qeyd-şərtsiz təhvil verilməsini istəyir.
Məğlub olan ölkənin bu cür şərtlə çıxış etməsi düzgündürmü?
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bu məsələ barəsində danışıb. Onun sözlərinə görə Ermənistan məğlub ölkə olaraq heç bir şərt irəli sürə bilməz:
"Çünki Azərbaycan daha əvvəl "Erməni əsgəri ölmək, əsir düşmək istəmirsə, ərazilərimizi tərk etsin!" bəyanatını yüksək səviyyədə səsləndirmişdi. Bu bəyanatları görməzdən gələn Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatlar törətmiş diversiya qrupunun üzvləri olan terrorçuların qaytarılması tələbi ilə çıxış etməsi absurddur. Birinci Qarabağ müharibəsində mənim tabeliyimdə olan dörd əsgər haqqında hələ də bir xəbər verilməyib. Ermənistan hakimiyyəti rəsmi olaraq onların həlak olması və yaxud da əsir düşməsi barədə bir kəlmə olsun söz demir. Əgər Ermənistan əsirlərə qarşı bu qədər həssaslıqla yanaşırsa, o zaman buyursun Birinci Qarabağ müharibəsi zamanı götürdüyü azərbaycanlı əsirlər barədə məlumatları ortaya qoysun".
Ekspert bildirib ki, Ermənistan bu məsələlərdə ehtiyatlı olmalı, səsinin tonunu da bir az müharibənin şətlərinə uyğun səviyyəyə endirməlidir.
“Terrorçuların isə Ermənistana qaytarılacağını düşünmürəm. Terrorçu ya məhv olunur ya da həbsdə çürüyür”.
Hərbi ekspet deyib ki, Xocavənd istiqamətində aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı erməni terrorçuları hərbi cinayətlər törətmiş şəxslər iki mühakimə olunmalıdır. Onların azad olunmasından söhbət gedə bilməz, çünki diversiya-təxribat fəaliyyəti göstərmiş həmin silahlılar hərbi əsir deyil, terrorçulardı. Bu fakt Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur.
Azərbaycan 62 nəfərdən ibarət erməni diversiya qrupunu təhvil verəcək? - “Ermənistan məğlub ölkə olduğu üçün...“
09
yanvar
11:14

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xocavənddə 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ AÇIQLAMA
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Ermənistandan “Naxçıvan dəhlizi” AÇIQLAMASI - ŞƏRT QOYDULAR
Şahbaz və Dilqəm Bakıdadır - Daha 12 nəfər Vətənə gətirildi
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi başlandı
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin meyiti çıxarılıb
Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını AÇIQLADI
MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var
Şuşanın bu kəndində erməni terrorçular qalır: Vəziyyət gərgindir - VİDEO
“Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır”
Erməni əsgəri Qarabağdan niyə çıxarılmır? – Bəyanat pozulur
Ombudsman hərbi əsir və girovlarla görüşüb
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - Video
Əsir düşənlərlə bağlı gərginlik: xalq üsyana qalxdı - Video
“Qızıl Xaç“ Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi
Moskvada üçtərəfli görüş: 10 noyabr Bəyanatı müzakirə olundu
Dünən əsir götürüldüyü deyilən ermənilər də İrəvana qaytarılacaqmı?
Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir? (ŞƏRH)
General Rüstəm Muradovdan Hadrut açıqlaması: Vəziyyət necədir?
Yerevan Qarabağ separatçılarının rəhbərlərindən izahat istəyir - Erməni girovların videosuyla bağlı
Dövlət Komissiyası: 54 erməni azad edilib
Xocavənddə 10 erməni hərbçisi əsir götürülüb? – İDDİA
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
Azərbaycanda və Ermənistanda əsirlikdə olanların sayı AÇIQLANDI
“Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür” - Paşinyan
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Elman Nəsirov: “Aşurada dindarların Azərbaycan bayrağı ilə birlik nümayiş etdirmələri təxribat törədənlərə layiqli cavab oldu”
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- Rusiya Donetskdə yaşayış binasını atəşə tutub
- Minik maşını avtobusla TOQQUŞDU
- Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Xaçmazda müəllimdən məktəb rəhbərliyinə - Ciddi ittiham
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Bu istiqamətində şiddətli döyüşlər gedir
- Vətəndaşların NƏZƏRİNƏ: "Ayıq-sayıq olun!" - XƏBƏRDARLIQ
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də